Accessibility links

Almaniya hava limanı qaçqınların yaşayış yerinə çevrilib [Video]


Almaniya hava limanlarından biri Soyuq Müharibə zamanı miqrantlar üçün sığınacaq kimi istifadə olunurdu. Həmin vaxt Almaniya siyasi sığınacaq üçün gələn minlərlə insanın öhdəsindən gəlməkdə çətinlik çəkirdi.

Nasistlər tərəfindən tikildiyi zaman Tempelhof aeroportunun terminalının dünyada ən nəhəng bina olacağı deyilirdi. Berlin rəsmiləri bu binanı yenidən istifadəyə veriblər. Maria Kipp miqrantların yerləşdirilməsi üzrə Tamaja təşkilatının sözçüsüdür.

Maria Kipp: “Bizim vəzifəmiz insanları təcili yerləşdirməkdir. Lakin əslində bəzi insanlar var ki, uzun müddətdir burada yaşayırlar və bizim hazırda təklif etdiyimizdən daha yüksək standartlara sahibdirlər.”

Burda təxminən 3,000 miqrant yaşayır. Onlardan çoxu dörd ay əvvəl, bura istifadəyə veriləndən burdadır. Qanunlara görə hər bir şəxsin 3 kvadrat metr yeri olmalıdır.

Sinif otaqları, tibb mərkəzləri ilə yanaşı uşaq bağçaları əlavə olaraq tikilib.

Maria Kipp: “Biz uzun müddətli yaşayışla çox az hallarda təmin edirik. Çünki buranı tərk etmək vaxtı çatanda, insanların gedəcəyi başqa yer olmur.”

Şəhər rəsmiləri razılaşır ki, yaşayış yeri standartlardan çox aşağıdır. Lakin onlar deyir ki, şəhərə gələn miqrantlar üçün təcili tədbir görülməlidir.

Yeni gələn miqrantlar ciddi tibbi nəzarətdən keçirilir. Düşərgəyə daxil ola bilməyən suriyalı ailə durumundan narazıdır.

Hüseyn Alavayeh: “Biz beş aydır Almanyada miqrant düşərgələrində əziyyət çəkirik. Ümid edirik daha yaxşı yer tapacağıq.”

Digər sakinlər isə işçilərin zəhmətini alqışlayır.

Zahir Əhməd: “Burada atmosfer çox yaxşıdır. İnsanlar hörmət və qayğı göstərir.”

Hava limanı yerli Berlinlilər tərəfindən də bəyənilir. Berlin şəhərinin rəsmiləri düşərgəni genişləndirməyi planlaşdırsalar da iki il əvvəl keçirilən referendumda sakinlər bu torpaqlarda hər hansı genişlənməyə qarşı çıxıblar.

Miqrantları dəstəkləyən qruplar nümayişlər təşkil edərək düşərgənin genişləndirilməsini tələb ediblər.

Corc Klassen: “Biz miqrantlar üçün müvafiq yaşayış yerləri görmək istəyirik. Onlar bu köhnə düşərgəyə çoxlu vəsait xərcləyirlər. Yoxsa, bura xarabalığa bənzəyir.”

Beləliklə Soyuq Müharibənin simvolu olan bu yer Berlində miqrant böhranını həll etmək üçün sınaq meydanına çevrilib.

XS
SM
MD
LG