Accessibility links

Almaniya hökuməti avronu sabitləşdirmək üçün vəsait ayırıb


Hökumət rəsmisi bildirib ki, Almaniya xilasetmə ölçülərinə azı 157 milyard dollar sərf edəcək

Almaniya hökuməti avro valyutasını sabitləşdirmək üçün ayrılan 1 trilyon dollarlıq fövqəladə yardım paketinə maliyyə vəsaiti ayrılmasını təsdiq ediblər. Hökumət rəsmisi bildirib ki, Almaniya xilasetmə ölçülərinə azı 157 milyard dollar sərf edəcək. Almaniya parlamentinin aşağı palatası Bundestaq məsələni bu gün müzakirə edib. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Yunanıstanın borc böhranının yayılmasının qarşısını almaq və avro valyutasından istifadə edən Avropa dövlətlərinin maliyyə böhranına düşməməsi üçün dünən 1 trilyon dollar ayırdıqlarını elan ediblər.

XS
SM
MD
LG