Accessibility links

“Almaniya rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı haqsız həbsə məhkum edilmiş siyasi fəallar və hökumətin tənqidçilərini azad etmək üçün ona təzyiq göstərməlidirlər”.

Belə bir bəyanatla iyunun 6-da Human Rights Watch təşkilatı çıxış edib.

İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda yüzlərlə jurnalist, müxalifət üzvləri qondarma ittihamlarla həbs olunublar.

İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda yüzlərlə jurnalist, müxalifət üzvləri qondarma ittihamlarla həbs olunublar.

Bəyanatda həmçinin bildirilir ki, rəsmilər İlham Əliyevi bu yaxınlarda azad edilmiş fəallara qarşı məhdidiyyətlər və fundamental azadlıqları məhdudlaşdıran qanunları ardan qaldırmağa çağırmalıdırlar.

İlham Əliyev iyunun 7-8-də iqtisadi forumda iştirak etmək üçün Almnaiyada rəsmi səfərdə olacaq və bu səfər Almaniya rəsmilərinin ədalət səsini ucaltması üçün vacib imkandır.

Bəyanatda deyilir ki, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, araşdırmaçı jurnalist Xədicə İsmayıl da daxil olmaqla bu ilin martından başlayaraq Azərbaycanda 17 hüquq müdafiəçisi, jurnalist və gənc fəal həbsdən azad edilib.

Amma digər jurnalist və fəallar xuliqanlıqdan tutmuş vergidən yayınma ittihamları ilə hələ də həbsdədirlər.

Təkcə AXCP-nin 14 üzvü hazırda qondarma ittihamlarla həbsdədir.

Bəyanatda buna misal kimi müxalifətdə olan REAL hərəkatının lideri İlqar Məmmədov, Azadlıq Qəzetinin əməkdaşı və “Azərbaycan Saatı” televiziya proqramının aparıcısı Seymur Həzi, NİDA hərəkatının üzvü və gənc blogger İlkin Rüstəmzadənin adları çəkilir.

Təşkilat həmçinin müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının azı 14 fəalının hazırda həbsdə olduğunu vurğulayır.

Bəyanatda ölkədə bu cür repressiv üsulların hələ də davam etdiyi və bu ilin mayında gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun narkotik ittihamı ilə həbsə atıldıqları qeyd edilir.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl prezident Əliyevə məxsus biznes imperiyası haqda faktlar aşkar etdikdın sonra məhkum olundu. İl yarm həbsdə qaldıqdan sonra o, bu günlərdə şərti cəza ilə məhbəsdən sərbəst buraxılıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl prezident Əliyevə məxsus biznes imperiyası haqda faktlar aşkar etdikdın sonra məhkum olundu. İl yarm həbsdə qaldıqdan sonra o, bu günlərdə şərti cəza ilə məhbəsdən sərbəst buraxılıb.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət bu ilin martında bir sıra QHT-lərə qarşı cinayət işini dayandırsa da ölkədəki mövcud qanunlar onların işini əngəlləməkdə davam edir.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson sonda bildirir ki, Almaniya rəsmiləri İlham Əliyevə bildirməlidirlər ki, ikitərərfli münasibətlərin yaxşılığı Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhtəlikləri yerinə yetirməsindən aslıdır. “Qanunsuz həbsə atılanların azad edilməsi və repressiv qanunlara düzəliş edilməsi bu istiqamətdə ilk addım olmalıdır”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG