Accessibility links

Almaniya polisi iki əlcəzairlinin İslam Dövləti qrupu ilə əlaqədə olmaq ehtimalı ilə həbs edib.

Xəbərlərdə deyilir ki, iki şüphəli paytaxt Berlin və digər regionlarda aparılan axtarışdan sonra saxlanılıb.

Polisin bildirdiyinə görə, onların hücum planlaşdırdıqlarından şübhələnilir. Rəsmilər planda əli olan digər iki şəxsi axtarır.

Həbs Köln şəhərinin karnaval ərəfəsində həyata keçirilib. Bu şəhərdə yeni il gecəsi seksual hücumlardan sonra polis belə hadisələrin qarşısını almaq üçün tədbirlər görür.

Karnaval şənliklərində küçələrdə fərqli geyimlərdə rəqs və mahnı ifaları nümayiş olunur. Karnaval fevral ayının 10-dək davam edəcək.

Polis Şimali Afrika və ərəb ölkələrindən gələn miqrantlar tərəfindən yüzlərlə qadına qarşı törədilən sataşma və oğurluq hallarına görə şəhərdə asayişi bərpa etməkdə çətinlik çəkir.

XS
SM
MD
LG