Accessibility links

Almaniya kansleri seçki məğlubiyyətinin siyasətə təsir göstərməyəcəyini deyib

  • Amerikanın səsi

Almaniya kansleri Angela Merkel rəhbəri olduğu mühafizəkar partiyanın regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib. Amma xanım Merkel bu məğlubiyyətin onun Avropada ixtisar siyasətinə təsir göstərməyəcəyini bildirib.

Angela Merkel mətbuat konfransında deyib ki, Şimali Rayn-Vestfaliya vilayətindəki məğlubiyyət onu zəiflətməyəcək. O, Avropanın üzləşdiyi borc böhranını həll etmək yönümündə işləyəcəyini bəyan edib.

Bəzi təhlilçilər Şimali Rayn-Vestfaliya seçkilərinin federal miyqasda növbəti seçkilərin gedişatına işarə oduğunu güman edirlər. Həmin seçkilərdə kansler Merkel ikinci dönəm hakimiyyət uğrunda mübarizə aparacaq.

XS
SM
MD
LG