Accessibility links

Almaniyanın Leypsiq şəhərində Millətlər Savaşının 200 illiyi münasibətilə mərasim keçirilib.

Dünyanın 24 ölkəsindən piyada və atlı dəstələrin hərbi geyimində olan təxminən altı min insan dörd saatdan çox səhnələşdirilmiş döyüşlərə qatılıb.

1813-cü ildə baş vermiş döyüş XX əsrə qədər dünya tarixində Avropanın hər yerindən 500 mindən çox əsgərin iştirak etdiyi ən böyük döyüş kimi yadda qalıb.

Rusiya, Prussiya, İsveç və İngiltərə ordularının birlikdə Fransaya qarşı apardığı döyüşlər Napoleonun Avropada hakimiyyətinə son qoymuşdu.
XS
SM
MD
LG