Accessibility links

Almaniya Liviyanın müxalifət şurasına kredit təklif edib


Almaniya Liviyanın müxalifət şurasına kredit təklif edib
Almaniya Liviyanın müxalifət şurasına kredit təklif edib

Almaniya Liviyanın müxalifət şurasına humanitar məqsədlər və yenidənqurma işləri üçün 144 milyon dollar məbləğində kredit təklif edib. Almaniyanın xarici işlər naziri Guido Uestervell kreditin Müəmmər Qəzzafinin dondurulmuş hesablarının hazırkı anda azad edilmədiyinə görə təklif edildiyini deyib. O deyib ki, kredit müxalifətə lazımi təsisatların bərpası və qıtlıqların aradan qaldırılmasına yardım edəcək. Təklif Türkiyədə 30 dövlətin Liviyanın Milli Keçid Şurasını dəstəklədiyini elan etməsindən bir ay sonra edilib.

Bu arada, NATO Liviyanın paytaxtı Tripolidə hava hücumlarını davam etdirir. Şahidlərin dediyinə görə, bu gün Müəmmər Qəzzafinin iqamətgahı yaxınlığında partlayş səsi eşidilib.

XS
SM
MD
LG