Accessibility links

Almaniya Merkelin güdüldüyünə dair iddialarla bağlı tənqidləri gücləndirir


Almaniya kansler Angela Merkelin mobil telefonu da daxil olmaqla, Almaniyada telefonların ABŞ kəşfiyyatı tərəfindən dinlənildiyinə dair iddialarla bağlı müzakirələr aparmaq üçün kəşfiyyat orqanlarının rəsmilərini Vaşinqtona göndərir.

Almaniyanın Bild am Sonntag qəzetinə müsahibə verən Daxili İşlər naziri Hans Peter Fredrix bu iddiaların Berlinin uzun zamandır müttəfiqi olan Vaşinqtona inamını sarsıtdığını bildirib. O bildirib ki, əgər amerikalılar Almaniyada mobil telefon danışıqlarını izləyibsə, bu, Almaniya qanununun pozulması deməkdir və əlavə edib ki, Almaniyanın suverenliyinin pozulması qəbuledilmədir. .

Bild am Sonntag qəzeti ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin adının açıqlanmadığı rəsmisinə istinadən prezident Barak Obamanın 2010-cu ildə ABŞ casuslarının kansler Angela Merkelin danışıqlarını dinlədiyi haqda agentlik tərəfindən məlumat aldığını bildirib. Qəzetin istinad etdiyi mənbə cənab Obamanın əməliyyatın davam etdirilməsinə icazə verdiyini deyib.
Kansler Merkel çərşənbə günü cənab Obama ilə telefon söhbətində ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin onun danışıqlarını izlədiyi ilə bağlı iddialarla əlaqədar şikayətini bildirib. Almaniya kanslerinin ofisinin verdiyi məlumata görə, xanım Merkel cənab Obamaya belə praktikanın yer almasının qarşılıqlı etibarın ciddi şəkildə pozulması olduğunu deyib.

Ağ Ev xanım Merkelin mobil telefon danışıqlarının dinlənilmədiyini və gələcəkdə də bunun edilməyəcəyini bildirib.
XS
SM
MD
LG