Accessibility links

Almaniyada sərhədlərə nəzarət miqrantların nigaranlığını artırır [Video]


Almaniya polisi sərhəddə yeni nəzarət təbiq etmək məqsədilə azı 800 federal polis zabitini Avstriya ilə sərhəddə səfərbər edib

Almaniyanın sərhəddə nəzarət tətbiq etmək və beləliklə Şengen razılığını dayandırmaq qərarı ən çox bazar ertəsi ölkəyə daxil olan minə yaxın miqrantın narahatlığına səbəb olub. Almaniya polisi yeni qadağalar tətbiq etməyə başlayıb və Avstriya sərhədində qatar sərnişinlərinin sənədlərini yoxlayır, maşınlarda axtarış aparır.

Bir ay davam edən səfərdən sonra miqrantların çoxu Almaniyada məskunlaşmaq istəyir.

Amma Budapeştdən qatarla gələn bu miqrantlar üçün Almaniyanın bu sərhəd şəhəri gedə biləcəkləri ən uzaq yer olacaq.

Almaniya polisi onları qatardan endirərək qeydiyyatdan keçmək üçün gözləmələrini istəyir.

Amerikanın Səsi ilə danışan Suriya qaçqınları üzlərinin göstərilməsini istəməyib.

“Mən bilmirəm ki, biz niyə qatardan endirildik. Onlar bizə dedilər ki, gəlin sizi tibbi yoxlamadan keçirək, bizə yemək verdilər və ondan sonra heç bir yerə aparmadılar,” deyə suriyalı qaçqın bildirib.

Almaniya polisi sərhəddə yeni nəzarət təbiq etmək məqsədilə azı 800 federal polis zabitini Avstriya ilə sərhəddə səfərbər edib.

Ən böyük problem maddi-texniki yardımdır. Biz insanları mütəşəkkil qaydada avtobusalara mindirməliyik və eləcə də axşam onlara yemək verməliyik

“Ən böyük problem maddi-texniki yardımdır. Biz insanları mütəşəkkil qaydada avtobusalara mindirməliyik və eləcə də axşam onlara yemək verməliyik. Biz onları qeydiyyat prosesi zamanı bir yerə yerləşdirməliyik, daha sonra isə Almaniya boyu digər qaçqın mərkəzlərinə çatdırmalıyıq.”

Əvvələr polis indiki kimi mütəmadi olaraq beynəlxalq qatarlarda sənəd yoxlamırdı. Hazırda isə vəziyyət belədir və bu, miqrantlar arasında narahatçılıq və çaşqınlıq yaradır.

“Kimsə mənə dedi ki, Almaniya sərhədini bağlayıb. Biz isə düşündük ki, qatarla getsək şansımız az olacaq, ona görə də bura gəzərək gəldik. Yolda çay var idi və biz paltarlarımızı soyunub üzdük.”

Almaniya rəsmiləri sərhəddə maşınlarda da axtarışlar aparırlar.

Onların məqsədi Münhenə qaçqın axınını azaltmaqdır, çünki indiyə qədər bu şəhər miqrantların gəldiyi əsas yer olub.

Son günlər ərzində ilk dəfə olaraq Münhenin mərkəzi dəmiryol vağzalında, demək olar ki, qaçqın yoxdur. Orada dayanan könüllülər üzərində ianələrin haraya verilməsi yazılmış plakatlar tutub.

Almaniya və digər ölkələrin siyasəti sürətli bir şəkildə dəyişməsi ilə qaçqınlar və miqrantlar deportasiya olunmaqdan qorxur. Münhenin mərkəzi dəmiryolu vağzalı kimi qaçqın mərkəzləri isə onların ən az olmaq istədiyi bir yerdir.

XS
SM
MD
LG