Accessibility links

Almaniya müdafiə naziri istefa verdi


Almaniya müdafiə naziri istefa verdi
Almaniya müdafiə naziri istefa verdi

Karl-Teodor Zu Quttenberg doktorluq üzrə elmi müdafiə işinin plagiat olması ətrafında qalmaqal yaranıb

Almaniyanın müdafiə naziri bu gün istefa verib. Buna səbəb onun doktorluq üzrə elmi müdafiə işinin plagiat olması ətrafında yaranan qalmaqaldır.

Karl-Teodor Zu Quttenberg deyib ki, istefa verməklə həyatının ən ağrılı addımını atıb. Onun sözlərinə görə, bu mübahisə onun vəzifəsini davam etdirməsini qeyri-mümkün edir.

Keçən həftə Bayröyt Universitetinin prezidenti Quttenberqin diplom işinin universitet standartlarını pozduğunu açıqlayaraq bildirmişdi ki, institut onun doktorluq titulunu geri alıb.

Almaniyanın tanınmış müdafiə naziri yazısında səhvlər olduğunu etiraf etsə də, bunu qəsdən etmədiyini dilə gətirıb.

XS
SM
MD
LG