Accessibility links

Almaniya qaçqın axını ilə əlaqədar sərhəd nəzarətinə başlayıb


Almaniya miqrant və qaçqın axınını məhdudlaşdırmaq məqsədilə Avropa İttifaqı üzrə tərəfdaşı olan Avstriya ilə sərhəddə müvəqqəti olaraq pasport nəzarəti tətbiq etməyə başlayıb.

Almaniyanın Daxili İşlər naziri Tomas de Mazyer
Almaniyanın Daxili İşlər naziri Tomas de Mazyer

"Bunun məqsədi Almaniyaya hazırkı axını dayandırmaq və nizamlı prosesə qayıtmaqdan ibarətdir"-deyə Daxili işlər naziri Tomas de Mezyer bildirib.

Almaniya və Avstriya Macarıstanda toplaşan qaçqınların sayının azaldılması məqsədilə bu yaxınlarda miqrantların öz ölkələrinə daxil olmasına icazə vermişdi.

Almaniya polisi Avropada sığınacaq tapmaq itəyən 12 min 200 qaçqının bu gün Münhenə yetişdiyini bildirib.

Miqrantlar Münhendə dəmir you stansiyasında
Miqrantlar Münhendə dəmir you stansiyasında

Qaçqın axınınına nəzarət tətbiq edilməsi üçün Avstriya və Almaniya arasında qatar xidməti də bazar günü dayandırılıb. Avstriyanın OeBB dərmiyolu xidmətinin sözçüsü Almaniyadan Avstriyaya qatarların hərəkəti ilə bağlı dəqiq məlumatın olmadığını bildirib.

XS
SM
MD
LG