Accessibility links

Almaniyada rok musiqi festivalı ağır hava şəraiti səbəbi ilə təxirə salınıb.

Neçə gündür güclü yağışlar yağan Almaniyanın Frankfurt şəhəri yaxınlığında konsert zamanı tamaşaçıların üstünə ildırım düşüb.

70-dən çox adam yaralanıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Hadisə “Rock am Ring” adlı festival çərçivəsində keçirilən konsert vaxtı baş verib.

Sinoptiklər data artıq ildırım proqnozlaşdırır.

Festival Almaniyada ən popular musiqi tədbiridir.

Almaniya və Avropanın digər ölkələri daşqınlara məruz qalıb.
Almaniya, Fransa, Rumıniya və Belçikada ağır hava şəraiti 18 adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG