Accessibility links

Sudanda Almaniya səfirliyinə hücum edilib


Xartum şəhərində İslama dair filmə etiraz edən nümayişçilər səfirlik binasını yandırıblar

Şahidlərin bildirdiyinə görə nümayişçilər Sudan paytaxtındakı Almaniya səfirliyinə hücum edərək Almaniyanın bayrağını cırıblar.

Xartumdan gələn ilkin məlumatlara görə cümə günü günorta saatlarında etirazçılar səfirliyə basqın edərək binanın yarısını yandırıblar.

Bu həftə Yaxın Şərqdəki ABŞ səfirlikəri etiraz aksiyalarına səhnə olub. Bu, səhra-altı Afrikada Qərb qüdrətinin səfirliyini hədəfə alan ilk böyük etiraz aksiyası olub.

Xartumdakı ABŞ səfirliyi işçisinin bildirdiyinə görə hazırda həmin yerdə vəziyyət sakitdir. Sözçü Amerikanın Səsinin əməkdaşına bildirib ki, səfirlik 200-dən artıq Sudan polisi tərəfindən qorunur.
XS
SM
MD
LG