Accessibility links

Almaniya rəsmisi: Səudiyyə Ərəbistanı fundamentalist məscidlərin maliyyələşdirilməsinə son qoymalıdır


Almaniyanın vitse-kansleri Stiqmar Qabriyel

Almaniyanın vitse-kansleri Stiqmar Qabriyel

Almaniyanın vitse-kansleri Stiqmar Qabriyel bildirib ki, Səudiyyə Ərəbistanı bütün dünyada fundamentalist məscidlərə dəstəyi davam etdirməklə özünü Qərb müttəfiqlərindən uzaqlaşdırmaq riski qarşısında qoyur. O, deyib ki, bu məscidlər ektremizm ideyalarını yayılmasına xidmət göstərir.

Stiqmar Qabriyel Bild am Sonntag qəzetinə müsahibədə sünni İslamın formasına istinadən edərək deyib ki, "vəhhabi məscidlər bütün dünyada Səudiyyə Ərəbistanından maliyyələşdirilir."

"Almaniyada təhlükəli hesab edilən bir çox islamçı bu icmalardan çıxıb"-deyə o, müsahibədə bildirib.

Qabriyel bu açıqlamaları keçən həftə Almaniyanın kəşfiyyat agentliyinin Səudiyyə Ərəbistanının "təhrikçi" xarici siyasəti ilə bağlı hesabatından sonraya təsadüf edir. Almaniya hökuməti bu şəkildə dəyərləndirməni rədd edib.

XS
SM
MD
LG