Accessibility links

Almaniya Trampın NATO-ya borcla bağlı iddiasını rədd edir


Almaniyanın müdafiə naziri Ursula von der Leyen
Almaniyanın müdafiə naziri Ursula von der Leyen

Almaniyanın müdafiə naziri Ursula von der Leyen ABŞ prezidenti Donald Trampın ölkənin NATO-ya "borcu olduğu" və Birləşmiş Ştatların müdafiəyə "külli miqdarda" vəsait sərf etdiyinə dair iddilarını rədd edib.

"NATO ilə heç bir borcla bağlı hesab yoxdur"-deyə o açıqladığı bəyanatında bildirib. Müdafiə naziri əlavə edib ki, alyansın üzv ölkələrin 2024-cü ilə qədər ümumdaxili məhsulun (ÜDM) 2 faizini müdafiə məqsədlərinə ayırması kimi hədəfinin bütünlüklə NATO ilə əlaqələndirilməsi düzgün deyil.

"Müdafiə xərcləri həmçinin BMT-nin sülhümühafizə missiyası, bizim Avropada missiyalarımız və bizim İŞİD terrorizminə qarşı mübarizə fondlarına sərf olunur"-deyə von der Leyen bildirib.

O deyib ki, hamı bu öhdəliyin bərabər bölüşdürülməsini istəyir və bunun baş verməsi üçün "müasir təhlükəsizlik konsepseiyası" olmalıdır. Almaniya müdafiə nazirinin sözlərinə görə, bu konsepsiya müasir NATO ilə yanaşı Avropanın müdafiə birliyi və BMT-yə ayrılan vəsaiti əhatə edir.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Angela Merkellə danışıqlar aparır
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Angela Merkellə danışıqlar aparır

Tramp Almaniya kansleri Angela Merkellə Vaşinqtonda görüşdükdən sonra şənbə günü Tvitterdə Almaniyanın NATO-ya böyük miqdarda borcu olduğunu və Birləşmiş Ştatların Almaniyanın baha başa gələn müdafiəsi üçün vəsait ödəməli olduğunu yazıb.

Tramp Almaniyanı və NATO-nun digər üzvlərini alyansın müdafiə xərclərinə dair qarşısına qoyduğu hədəfə çatmaq üçün səyləri artırmağa çağırıb.

Almaniya qarşıya müdafiə xərclərini 2018-ci ildə 1.4 milyard dollar artıraraq 38.5 milyard dollara çatdırmaq kimi hədəf qoyub. Maliyyə naziri Volfqanq Şoblenin bildirdiyinə görə, bu rəqəm ölkənin ümumdaxilin məhsulunun 1.26 faizini təşkil edir.

2016-cı ildə Almaniyanın müdafiə xərclərinə ayırdığı məbləğin ÜDM-yə nisbəti 1.18 faiz idi.

Vaşinqtona səfəri zamanı Almaniya kansleri Angela Merkel ölkəsinin müdafiə xərclərinə ÜDM-nin 2 faizi qədər hissəsinin ayrılması kimi məqsədə çatmaq işinə sadiq qaldığını bir daha bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG