Accessibility links

Almaniya və Türkiyə münasibətlərin yaxşılaşmasına çalışır


یادبود خلبانان و پرسنل هواپیمای اوکراینی که در تهران سقوط کرد، در فرودگاه بین المللی کی‌یف
یادبود خلبانان و پرسنل هواپیمای اوکراینی که در تهران سقوط کرد، در فرودگاه بین المللی کی‌یف

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel çərşənbə axçamı bildirib ki, onun ölkəsi və Türkiyə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını istəyir.

O bu açıqlamanı Berlində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra verib.

“Hazirda münasibətlərimiz gərgin olduğu üçün Türkiyə ilə münasibətlərin yaxşı olduğu dövrü xatırlamaq bizim üçün indi çox vacibdir. Bu, normal deyil” deyə Ziqmar Qabriyel bildirib.

Türkiyə rəsmiləri Almaniya rəsmilərinin Türkiyə nazirlərinin prezident Rəcəb Tayyib Ərdoğan tərəfdarları ilə qarşısında çıxışı gözlənilən yürüşə qadağa qoymasını qəzəblə qarşılayıb. İstanbulda mitinq zamanı
Ərdoğan bu cür addımların nasist Almaniyasının təcrübəsindən fərqlənmədiyini deyib.

Keçən həftə isə Almaniyanın Die Welt qəzetinin müxbiri Türkiyə tərəfindən həbs edilib.

Qabrielin sözlərinə görə, o, Çavuşoğluya aydın şəkildə bildirib ki, nasist Almaniyası ilə müqayisə elə bir həddir ki, onu keçmək olmaz. Ümumilikdə isə o, görüşün mübahisəli və çətin olması ilə yanaşı, eyni zamanda, açıq və dostluq şəraitində keçdiyini qeyd edib.

Çavuşoğlu Türkiyə hökumətinin yürüşlərin təxirə salınmasından narazı olduğunu bildərərək deyib ki, Almaniya iki ölkənin dost olub-olmadığını müəyyənləşdirməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG