Accessibility links

Rusiya Ukraynaya əlavə iki milyard dollar yardım söz verib


Rusiya rəsmiləri bildirib ki, Ukrayna iqtisadiyyatına dəstək olaraq əlavə iki milyard dollar yardım göstəriləcək.

Rəsmi Moskva keçən ilin sonlarında Ukraynanın üç milyard dollarlıq avrobondunu almışdı. Bu həftə əlavə iki milyard dollar avrobondun alınması gözlənilir. Bu, Rusiyanın Ukraynaya 15 milyard dollar məbləğində maliyyə dəstəyinin bir hissəsidir.

Cənab Yanukoviç Moskva ilə iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün Avropa Şurasının ticarət sazişini imzalamağı rədd etdikdən sonra üç aydır Kiyev və digər şəhərlədə kütləvi etirazlarla qarşılaşır.

Avropa İttifaqı və Birləşmiş Ştatlar rəsmiləri Beynəlxalq Valyuta Fondu ilə Rusiyanın maliyyə dəstəyindən artıq yardım paketi üzərində işlədiklərini dəfələrlə bildirsələrdə, hələlik ictimaiyyöətə konkret təkliflər barədə açıqlama verilməyib.
XS
SM
MD
LG