Accessibility links

Almaniyada müsəlmanlara qarşı hücumlar planlaşdıran dörd şəxs həbs edilib


Almaniya rəsmilərinin bildirdiyinə görə, ölkədə sığınacaq axtaran şəxslər və məscidlərə hücumlar təşkil etməkdə şübhəli bilinən dörd nəfər sağçı ekstemist həbs edilib.

Həbslər barədə bu gün açıqlama verən rəsmilər eləcə də bildiriblər ki, reydlər zamanı partlayıcı maddələr aşkar edilib.

Həbs edilən üç kişi və bir qadına qarşı terrorçuluq ittihamı irəli sürülüb. Özlərini "Cəmiyyətin köhnə məktəbi" adlandıran həmin şəxslərin Almaniyadakı Sələfi müsəlman məscidləri və sığınacaqdakı qaçqınlara hücumlar planlaşdırdığı güman edilir.

Almaniyanın qərbindəki Limburgerhof şəhərinin polisi qaçqınlar üçün inşa edilən binanın yandırıldığını bildirsə də, hücumun motivlərinin müəyyən olunmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG