Accessibility links

Almaniya parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edə bilər


Almaniya bundestaqı

Almaniya bundestaqı

Almaniya parlamentində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qətnamə layihəsi hazırlanıb. Sənəd Bakıda Avropa Oyunlarının başlanmasına həsr olunub.

Sənəd hakim koalisiya qrupunun - Xristian Demokratlar Ittifaqı (XDİ), Xristian Sosialistlər İttifaqı (XSİ) və Almaniya Sosial Demokrat Partiyasının (ASDP) üzvləri tərəfindən hazırlanıb və Azərbaycanda insan hüquqlarının sistematik pozulmasını pisləyir.

Ötən ildən Azərbaycan hökuməti demək olar ki, bütün müstəqil və müxalifət KİV-ni susmağa məcbur edib.

Almaniyanın ARD televiziya şəbəkəsinin müxbirinə Azərbaycana səfər üçün akkreditə verilməyib, halbuki, o, bundan ötrü bir aydan çox çalışıb.

“Almaniya parlamentinin Azərbaycanda insan haqlarının durumunu pisləməsi və ölkəni təkidlə mətbuat azadlığına hörmətlə yanaşmağa dəvət etməsi mühüm siqnaldır”, “Sərhədsiz Reportyorlar” təşkilatının Almaniya üzrə icraçı direktoru Mir Kristian bildirib.

Azərbaycan hökuməti olimpiya ruhunda hərəkət etmək, insan hüquqlarına və mətbuat azadlığına hörmət etmək üçün bu hadisənin yaratdığı imkanlardan istifadə etməlidir. Həbsdə olan bütün jurnalistlərin azad edilməsi yaxşı başlanğıc olardı.

Qətnamədə deyilir ki, Azərbaycanda insan hüquqları 2013-cü il prezident seçkilərindən sonra kütləvi şəkildə pozulur. İfadə, mətbuat, din və sərbəst toplanma azadlığı sistematik olaraq pozulur.

Almaniyalı deputatlar Almaniya hökumətini Azərbaycanda siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına təkid etməyə, Bakıdan yerli və xarici jurnalistlər, İnternet fəalları üçün mətbuat azadlığına zəmanət verilməsini tələb etməyə çağırırlar.

Tənqidi səslərin sistematik susdurulması ilə bağlı son hadisələrdən biri Almaniyanın ARD televiziyasının reportyoru Florian Bauerlə baş verənlərdir. O, idman mövzusu üzrə ixtisaslaşır.

Jurnalist aprelin 28-dən Azərbaycana gəlmək üçün viza və akreditə almağa çalışıb, lakin ala bilməyib.

Azərbaycan hökuməti tənqid edən jurnalistlərin ölkəyə girişinə qadağa qoyur və onların “qara siyahı”sı var.

Avropa Oyunları başlamazdan öncə Xarici İşlər Nazirliyi “Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin” əleyhinə yazan və ya “yalan informasiya yayan” jurnalistlərn akreditəsindən imtina olunacağını bildirmişdi.

XS
SM
MD
LG