Accessibility links

Almaniyada atom elektrik stansiyalarının fəaliyyət müddəti uzadılıb


Almaniyada atom elektrik stansiyalarının fəaliyyət müddəti uzadılıb
Almaniyada atom elektrik stansiyalarının fəaliyyət müddəti uzadılıb

Kansler Angela Merkelin koalisiya hökuməti Almaniyanın 17 atom elektrik stansiyasının fəaliyyət müddətini uzatmaq barədə razılığa gəlib. Xanım Merkelin mərkəz-sağçı koalisiyası razılığı Bazar günü uzun sürən danışıqlardan sonra əldə etdi. Sənədə əsasən atom elektrik stansiyalarının həyatı orta hesabla 12 il uzadılacaq. Müxalifət liderləri və bəzi ətraf mühit qoruyucuları qərara etirazlarını bildiriblər. Ümumilikdə almanlar atom enerjisinin təhlükəsizliyinə skeptik yanaşırlar. Almaniyanın əvvəlki mərkəz-solçu hökuməti stansiyaları 2021-ci ilədək bağlamağa qərar vermişdi. Son zamanlar populyarlığını itirmiş Angel Merkel üçün stansiyalarını fəaliyyət müddətinin uzadılması enerji strategiyasının özəyini təşkil edir.

XS
SM
MD
LG