Accessibility links

Almaniyada hakim mühafizəkarlara ictimai dəstək azalıb

  • Amerikanın səsi

Son rəy sorğuları Almaniya kansleri Angela Merkelin mühafizəkar partiyasına dəstəyin əridiyini göstərir. Bir vaxtlar mərkəz-solçu Sosial Demokratlar üzərindəki 8 faiz üstünlük cəmi bir həftə ərzində 2 faizə düşüb.

Təhlilçilər Merkelin Xristian Demokrat partiyasına ictimai dəstəyin azalmasını avro böhranı və daxili siyasi təlatümlə izah edirlər.

Partiya liderlrindən biri deyir ki, mühafizəkarlar 13 mayda regional seçkilərdə uğranılan məğlubiyyətin effektləri ilə üzləşirlər.

Bid am Sonntag qəzetinin apardığı rəy sorğusuna əsasən Xristian Demokratlar və onların Bavariyadakı müttəfiqi - Xristian Sosial İttifaqı 32 faiz səslə son yeddi ayda ən aşağı dəstəyə malikdirlər.

2009-cu ilin parlament seçkilərində mühafizəkarlar böyük səs fərqi ilə sol-mərkəzçi rəqibərini məğlub etmişdilər.

XS
SM
MD
LG