Accessibility links

Almaniyada iki terror şübhəlisi saxlanılıb


Almaniyada iki terror şübhəlisi saxlanılıb
Almaniyada iki terror şübhəlisi saxlanılıb

Almaniya polisi bildirir ki, onlar Berlində iki terror şübhəlisini həbs edib. Onlar böyük terror hücumu planlaşdırmaqda şübhəli bilinir.

Rəsmilər deyir ki, Livan əsilli 24 yaşlı alman və Qəzza zolağından olan 28 yaşlı digər bir şəxs böyük həcmdə kimyəvi maddə almağa çalışarkən həbs ediliblər. Bu maddələrdən partlayıcı qurğular hazırlana bilər.

Polis sözçüsü Tomas Neuendorf deyib ki, onlar şübhəlilərin evində və əlaqədə olduqları islam mədəniyyət mərkəzində araşdırma aparır.

Sözçünün bildirdiyinə görə, hazırda istintaq davam edir: “Bizim ona görə İslam Mədəniyyət Mərkəzindəyik ki, onlar hərdən bir buraya gəlib, burada vaxt keçiriblər. Biz habelə partlayıcı maddələrin hazırlanması üçün istifadə olunan başqa kimyəvi maddələr axtarırıq”-dey sözçü bildirib.

Polis rəsmisi sözlərinə görə, həbslər iki aylıq təhqiqatın nəticəsi olub.

XS
SM
MD
LG