Accessibility links

Almaniyada cümə axşamı kinoteatra silahla daxil olmuş maskalı şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Alman rəsmilərinin bildirdyinə görə hadisə Frankfurtdan 75 km. məsafədə yerləşən Viernheym şəhərində baş verib.

Özü ilə əlavə döyüş sursatı daşıyan şəxs Kinopolis kinoteatrının içərisində barrikada quraraq bir neçə adamı girov götürüb. Daha sonra silahlı şəxs polis tərəfindən öldürülüb. Yerli rəsmi nümayəndə Peter Boytun bildirdiyinə görə, girovlardan heç birinə zərər dəyməyib.

“Əldə etdiyimiz məlumata əsasən, hücumçu kinoteatrın içində hərəkət edib. Onun çaşqın göründüyü deyilir” - o bildirib.

İlkin məlumatlarda hadisə zamanı bir neçə dəfə atəş açıldığı, onlarla insanın yaralandığı və hadisəyə müdaxilə etmək üçün xüsusi təyinatlı qüvvələrdən istifadə edilyini bildirilirdi. Rəsmilər hələlik hücumçunun kimliyi barədə hər hansı bir məlumatın olmadığını deyir.

XS
SM
MD
LG