Accessibility links

Almaniyada minlərlə fermanın bağlanmasına göstəriş verilib


Almaniyada minlərlə fermanın bağlanmasına göstəriş verilib
Almaniyada minlərlə fermanın bağlanmasına göstəriş verilib

Bağlanan 4700 fermanın çoxu ölkənin şimal-qərbindəki Aşağı Saksoniya vilayətinə məxsusdur

Almaniyanın Kənd Təsərrüfatı Nazirliyi minlərlə fermanın bağlanmasına göstəriş verib. Nazirlik müfəttişləri xərçəng yaradan dioksin elementinin səbəb olduğu mümkün zəhərlənməni yoxlayırlar. Rəsmilər deyir ki, bağlanan 4700 fermanın çoxu ölkənin şimal-qərbindəki Aşağı Saksoniya vilayətinə məxsusdur. Burada fermerlər toyuq və donuzları dioksinli yemlərlə qidalandırır. Alman rəsmilər deyir ki, istifadə üçün 25 yem istehsalçısına 3 min tona yaxın zəhərlənmiş yağlı turşular gətirilməsi insan qidasına kanserogen daxil olması qorxusu yaradıb. Avropa Birliyi bildirib ki, dioksinlə zəhərləndiyi ehtimal olunan yumurtalar mayonez, şirniyyatlar kimi digər əlaqəli məmulatları da zəhərləyə bilər.

XS
SM
MD
LG