Accessibility links

Almaniyada neo-nasist qrupu dəstəkləyən bir şəxs həbs edilib


Almaniyada neo-nasist qrupu dəstəkləyən bir şəxs həbs edilib
Almaniyada neo-nasist qrupu dəstəkləyən bir şəxs həbs edilib

Almaniya polisi 2000-ci ildən bəri 10 nəfər öldürdüyü hesab edilən Milli Sosial Gizli (MSG) neo-nasist qrupu dəstəkləməkdə şübhəli bilinən başqa bir şəxsi də həbs edib. Sadəcə Andre E kimi tanınan 32 yaşlı şəxs Almaniyanın şərqində Potsdam şəhəri yaxınlığında həbs edilib. Onun ölüm hallarına səbəb olan 2007-ci ildə çəkilmiş video yazının istehsalında iştirak etdiyi güman edilir. Səkkizi türk və biri yunan əsilli doqquz mühacir dükan sahibləri və bir alman qadın polisi MSG qrupun keçirdiyi qətliam kampaniyasında qətlə yetiriliblər. Bundan başqa qrupun yaradıcılarından biri Biati Şçaepe və 37 yaşlı sadəcə Holqer G kimi tanınan şəxs həbsdə saxlanılır. Neo-nasist qrupun yaradıcılıarından iki nəfər bu ayın əvvəlində müəmmalı qətl-intihar aktı nəticəsində ölü tapılanadək təşkilatın fəaliyyəti barədə məlumat olmayıb.

XS
SM
MD
LG