Accessibility links

Almaniyanın şimal bölgələrindəki bostanlarda E-Koli bakteriyası aşkar edilməyib


Almaniyanın şimal bölgələrindəki bostanlarda E-Koli bakteriyası aşkar edilməyib

Almaniyanın şimal bölgələrindəki bostanlarda E-Koli bakteriyası aşkar edilməyib

Almaniya rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal bölgəsindəki fermada aparılan ilkin testlərin nəticələrinə görə 22 nəfərin ölümünə, 2 200 nəfərdən çoxunun xəstələnməsinə səbəb olan E-Koli bağırsaq bakteriyasının mənbəyi bu ferma deyil. Aşağı Saksoniyanın Kənd Təsərrüfatı Nazirliyinin bu gün açıqladığı məlumatda deyilir ki, şübhələnilən fermadan götürülən 40 nümunədən 23-də bakteriya aşkar edilməyib. Lakin Almaniyaya qonaq gələn, xəstələnib geri qayıdandan sonra İsveçdə ölən qadından savayı, bütün ölənlərin Almaniya ərazisində vəfat edikləri deyilir. Səhiyyə rəsmiləri xəstəliyə tutulanların əksəriyyətinin Almaniyadan olduğunu deyirlər.

Birləşmiş Ştatlar və Avropanın 11 ölkəsində isə 90 nəfərin xəstəliyə yoluxduğu xəbər verilir. Onların çoxsu Almaniyanın həmin regionunda səfərdə olub.

XS
SM
MD
LG