Accessibility links

Almaniyada "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiyası keçirilib


Almaniyada aksiya (Foto Meydan.TV-dir)

Almaniyada aksiya (Foto Meydan.TV-dir)

Oktyabrın 22-də Avropada Demokratiyaya Dəstək Alyansının təşkilatçılığı ilə Berlində Bundestaq qarşısında azərbaycanlı mühacirlərin "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiyası keçirilib.

Almaniyada aksiya (Foto Meydan.TV-dir)

Almaniyada aksiya (Foto Meydan.TV-dir)

Meydan TV-nin məlumatına görə, aksiyada 50-ə yaxın mühacir iştirak edib. Aksiyada ingilis, alman, Azərbaycan dillərində "Siyasi məhbuslara azadlıq!", "Diktaturaya yox!", "Qanunsuz həbslərə son!", "Avropa, dəyərlərini kürüyə, neftə satma!", "Azərbaycandakı insan haqqlarının pozulmasına göz yummayın!" kimi şüarlar səsləndirlib.

Onlar Bakıda səfərdə olan Almaniyanın xarici işlər nazirini siyasi məhbyuslarla bağlı məsələləri rəsmi Bakının qarşısında qaldırmağa çağırıblar.

XS
SM
MD
LG