Accessibility links

Kaliforniya və Aydaho ştatları da daxil olmaqla, yanğınsöndürənlər ABŞ-ın qərb bölgəsini bürüyən yanğınlarla mübarizə aparır.

ABŞ Meşə Xidməti mərkəzinin rəsmisi deyib ki, bazar günü Aydaho ştatının şimalında yanğınla mübarizə aparan zaman bir nəfər yanğınsöndürənin üzərinə ağac düşüb.

Kaliforniyanın şimalında yanğınsöndürənlər bir neçə min hektarlıq ərazini əhatə edən və San Fransisko şəhəri yaxınlığında təxminən 500 evin sakinlərini evakuasiya etməyə vadar edən meşə yanğınlarına qarşı mübarizədə nailiyyət əldə edib.

Yanğınsöndürənlər Oreqon və Vaşınqton ştatlarında dəhşətli yanğınları nəzarət altına almaq uğrunda mübarizə aparır.

Yanğınlar quru və isti hava şəraiti səbəb olub.
XS
SM
MD
LG