Accessibility links

Alp dağlarındakı Mont Blanc buzlaqlarının üzərində bütün gecəni ilişib qalan funikulyor sərnişinləri təhlükəsiz bir şəkildə xilas ediliblər.

Xilasetmə işçiləri aralarında bir uşaq olan turistləri cümə günü səhər saatlarında xilas ediblər.

Turistlər cümə axşamı bir-birinə dolaşmış funikulyor xətləri səbəbilə ilişiblər.

Xilasedicilər cümə axşamı gündüz saatlarında funikulyor şirkətinin işçiləri dolaşmış xətləri açmağa nail olmadıqdan sonra havada qalan funikulyora çıxıblar.

Onlarla insan vertolyotlar vasitəsilə xilas edilib, amma daha sonra pis hava şəraitilə xilaesetmə işləri dayandırıldığı üçün bir neçə insan hələ də funikulyorun içərisində qalıb.

Orada qalan tursitlər ədyal, yemək və su ilə təchiz olunub.

Cümə günü yerə ən yaxın funikulyorda olan sərnişinləri digər funikulyorlara köçürüblər.

Funikulyor dağ silsiləsinin Fransa tərəfində olan Aiguille du Midi ilə İtaliya tərəfində yerləşən Helbronner-i birləşdirir.

XS
SM
MD
LG