Accessibility links

Əvəz Temirxan Milli Şuradan istefa verib [Video]


Əvəz Temirxan Milli Şuradan istefa verib
please wait

No media source currently available

0:00 0:00:44 0:00

Əvəz Temirxan Milli Şuradan istefa verib

Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan Milli Şuradan istefa verib

Bu barədə o, partiyanın qərarını Milli Şuranın oktyabrın 24-də keçirilən sessiyasında elan edib.

Onun sözlərinə görə, partiyanın lideri Lalə Şövkət Milli Şuranın üzvlüyündən istefa verdikdən sonra qurumdakı nümayəndələr daxili düşmənçiliklə məşğuldur.

Milli Şuranın keçmiş prezdentliyə namizədi Cəmil Həsənli isə deyib ki, müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər.

“Biz də burda onların istefasını qoyuruq və qeydiyyatdan çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edək”deyə o.bildirib.

Ə. Temirxan isə israr edib ki, Milli Şuradan istefalar ad çəkilmədən səsə qoyulsun.

Bu vaxt hüquqşünas Hüseyn Hüseynovla Ə. Temirxan arasında qalmaqal baş verib. H. Hüseynov deyib ki, bəzi partiyalar Mili Şuraya daxil olanda səs-küylə gəlir, gedəndə isə ad çəkmir. Ə. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb.

Bundan sonra Ə.Temirxan Milli Şuradan getdiyini açıqlayıb və “təəssüf edirəm” deyərək iclas zalını tərk edib.

ALP lideri Lalə Şövkət prezident seçkiləri ərəfəsində Milli Şuradan istefa verib.

Daha sonra sessiyada qurumdan istefa verənlərin istefası səsverməyə qoyulub.

Milli Şura üzvləri Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və İslam Partiyasından bir nəfərin istefası qəbul edilib.

Milli Şuranın iki üzvü Akif Şahbazov və Gülnarə Qurbanova isə qurumun sessiyasında iştirak etmədikləri üçün Milli Şuradan çıxarılıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG