Accessibility links

Alparslan Esmer: AKP seçkiqabağı kampaniyada din amilindən istifadə edir [Audio-Müsahibə]


Amerikanın Səsinin Türk redaksiyasının hazırda Türkiyədə olan əməkdaşı Alparslan Esmer Türkiyədə cari ayın 7-də keçiriləcək parlament seçkiləri öncəsi prezident Rəcəb Tayyib Ərdoğanın təbliğat kampaniyasında dinə üstünlük verməsinin ölkədə necə qarşılandığından danışıb.

please wait

No media source currently available

0:00 0:08:45 0:00
Direct link

Türkiyə tarixində ilk dəfə tənqid və təhqirlərə yol verildiyini, ölkə prezidentinin konstitusiyaya zidd olaraq seçkiqabağı kampaniyalarda iştirak etdiyini önə çəkən müxbir Türkiyədə əhalinin 50 faizindən çoxunun mühafizəkar olduğunu və sağçı partiyalara səs verdiyini deyib.

Alparslan Esmerin bildirdiyinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) din amilindən seçkiqabağı kampaniyalarda daha çox istifadə edir. Müxbir AKP-nin Diyabəkirdə populyar olan solçu Xalq Demokrat Partiyasından səsləri alıb, özünə səs toplaması üçün dindən istifadə etməkdə davam etdiyini deyib.

Konstitusiyada dəyişiklik referendumu üçün Ərdoğan 550 yerli parlamentdə ən azı 400 yeri qazanmalıdır

Ərdoğan üçün parlament seçkilərinin nəticəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, o, parlamentə əsaslanan hökumətin prezidentin hakimiyyətinə verilməsi üçün konstitusiyada dəyişiklik etməyə çalışır. Bunun üçün onun parlamentdə əksəriyyət əldə etməsinin mühümlüyünü qeyd edən Esmer bildirib ki, əvvəlcə referendum təyin edilməlidir. Referendum üçün isə AKP məclisdə yerlərin 5-də 3-nə sahib olmalıdır. O, konstitusiyada dəyişiklik referendumu üçün Ərdoğanın 550 yerli parlamentdə ən azı 400 yeri qazanmalı olduğunu deyib.

Alparslan Esmerin dediyinə görə, AKP təkbaşına konstitusiyanı dəyişəcəyinə ümid bəsləyir. Ərdoğanın Amerika və Fransada olduğu kimi prezidentlik sistemi deyil, bütün səlahiyyətlərin prezidentin əlində olacaq bir sistem yaratmaq istədiyini deyən müxbir onun bu səylərinin diktatorluq kimi dəyərləndirildiyini bildirib.

AKP-nin xarici siyasətinə gəlincə isə Esmer Türkiyədə Avropa İttifaqına üzvlük yolunda bir çox islahatlar aparmasına baxmayaraq, son illər o ölkənin hədəfini dəyişdirdiyini bildirib. İttifaqla müzakirələrin dondurulması, siyasətin qərbdən şərqə istiqamətləndirilməsini önə çəkən jurnalist hazırda Türkiyənin bütün qonşuları ilə problem yaşadığını qeyd edib. O, Davutoğlu siyasətinin Türkiyədə son 13 ildə geriləmə yaşadığını bildirib.

Müxalifət partiyalarının şanslarından danışan Ermer bildirib ki, Ədalət və İnkişaf Partiyası hələ də populyarlığını saxlamaqdadır.

Türkiyə bütün qonşuları ilə problem yaşayır

Jurnalist rəy sorğularına görə, müxalifət partiyalarına veriləcək səslərin əvvəlki seçkilərlə çox da fərqli olmadığını bildirib. O, məclisdə 3 əsas partiyanın olmasına baxmayaraq, AKP-nin təkbaşına iqtidara sahib ola biləcəyini deyib. Buna mane olmaq üçün 4-cü bir partiyaya ehtiyac olduğunu bildirən A.Esmer bu partiyanın 10 faiz səs əldə etməsinin vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG