Accessibility links

Azərbaycan komandası ilk dəfə Elbrus dağını qışda fəth edib [Video]


Azərbaycan komandası Elburus zirvəsində
Azərbaycan komandası Elburus zirvəsində

İdmançılar fevralın 1-də zirvəyə qalxıb

Azərbaycanlı alpinistlərdən ibarət qrup Azərbaycan alpinizminin tarixində ilk dəfə Avropanın ən yüksək zirvəsini - Elbrus dağını (5646 m.) yanvarın son günlərində fəth edib.

Komandanın lideri Firuz Dadaşov Turan agentliyinə bildirib ki, alpinistlər son bir neçə günü dağlarda keçiriblər, müxtəlif yüksəkliklərə qalxıblar.

Texniki baxımdan mürəkkəb olmayan Elbrus dağına qış mövsümündə qalxmaq çətin olur. Belə ki, güclü külək və şaxta nəinki qalxmanı, həm də uzun müddət marşrutda qalmanı çətinləşdirir.

Son günlər idmançılar bir neçə dəfə4700 metrədək yüksəkliyə qalxıblar və dincəlmək, havanın yaxşı olmasını gözləmək üçün aşağı eniblər.

“Fevralın 1-dək zirvəyə uğurla qalxdıq”,F.Dadaşov bildirib.

Komandanın digər üzvü Əhməd ƏliyevF.Dadaşovla birlikdə 2016-cı ilin yayında Cənubi Uşbaya qalxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG