Accessibility links

Keçən ilin iyul ayında Tehranda dünyaya gələn uşağa türkcə Alp Orhan adı ilə şəxsiyyət vəsiqəsi verməyən İran qurumları 7 ay keçdikdən sonra oğluna başqa ad seçməkdən imtina edən Yusifi ailəsinin israrı ilə həmin adla şəxsiyyət vəsiqəsi verilməsini qəbul edib.

Oğlunun nəhayət şəxsiyyət vəsiqəsi sahibi olduğunu sosial mediada paylaşan Tehran sakini Firuz Yusifinin sözləri Azərbaycan veb səhifələri tərəfindən yayılıb:

AlpOrhanın şəxsiyyət vəsiqəsi dünyaya gəldiyindən 7 ay sonra verildi

AlpOrhanın şəxsiyyət vəsiqəsi dünyaya gəldiyindən 7 ay sonra verildi

“210 gün çalışmağın, dartışmağın və dirənməyin ardından ən sonunda oğlumuz Alp Orhana kimlik bəlgəsi ala bildik. Bu yolda mənə yardım edən yoldaşlara, özəlliklə bilimyurdlarda (universitetlər) və dövlət qurumlarında çalışan türkcə dil uzmanları və bilginlərə, qeydiyyat idarəsindəki insansevər və türk kültürünə sayğı duyanlara öz təşəkkürlərimi bildirirəm.”

Oğlunun şəxsiyyət vəsiqəsinin təsvirini Facebook səhifəsində paylaşan Firuz Yusifi həmçinin bu mövzuda İran Azərbaycanı şəhərlərinin birinin millət vəkilindən də yardım aldığını qeyd edib.

O, oğluna şəxsiyyət vəsiqəsi almaqda qarşılaşdığı problemləri sosial şəbəkələrdə paylaşmaqla yanaşı, müxtəlif mediaya da müsahibələr verərək açıqlamışdı.

Keçən ilin sentyabr ayında bu haqda Amerikanın Səsinə müsahibə verən Yusifi Alp Orhan adının aylarla düşündükdən sonra türk kültürünə uyğun olaraq ailə tərəfindən seçildiyini və İran qurumları şəxsiyyət vəsiqəsi verilməsə də bu adı dəyişdirməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG