Accessibility links

Altay Göyüşov: “İqtisadi vəziyyəti dubinka ilə düzəltmək olmayacaq” [Audio-müsahibə]


Altay Göyüşov, tarixçi-alim
Altay Göyüşov, tarixçi-alim

Tarixçi-alim bəzi rayonlarda baş qaldıran etirazların kökündə duran problemləri Amerikanın Səsinə şərh edib

Manatında devalvasiyası ilə Azərbaycanda qiymət artımı fonunda bir neçə rayonda baş qaldıran etirazların kökündə duran səbəbləri Amerikanın Səsinə şərh edən REAL İdarə Heyətinin üzvü, tarixçi-alim Altay Göyüşov əhalidə inam yaratmaq üçün siyasi islahatların mühümlüyünü vurğulayıb. Regionlarda vəziyyətin acınacaqlı olduğunu dilə gətirən təhliçi hökumətin heç bir proqramının olmadığını başını itirdiyini bildirib. O, təcili islahatlara başlanmasa bu etirazların böyüyəcəyini istisna etməyib. Altay Göyüşovla müsahibəni təqdim edirik

Altay Göyüşov: “İqtisadi vəziyyəti dubinka ilə düzəltmək olmaz”
please wait

No media source currently available

0:00 0:15:15 0:00

Amerikanın Səsi: Dünəndən başlayaraq Azərbaycanın bir neçə rayon və şəhərində etiraz aksiyaları yaşanıb və hətta polislə qarşıdurmalar olub. İstəyərdim etirazların kökündə duran əsaslar barədə danışardınız və ümumilikdə bu hadisələrə münasibətinizi bildirərdiniz.

Dükanlarda gördüyüm mənzərə xüsusilə ağrıdan mənzərə idi. Camaat malları dükandan nisyə götürürdü və özlərinin maaş və xüsusilə pensiya kardlarını vermişdilər dükan sahiblərinə ki, ora pul gələndə öz borcunu çıxartsın. Bəzi rayonlardan isə gördüm ki, artıq natural təsərrüfat formasına qayıdış var. Yəni, pul yoxdu deyə natural dəyişmə prosesi gedir. Biri taxıl verir, əvəzində ət alır.
Altay Göyüşov

Altay Göyüşov: Mən keçən ilin axırından Amerikada idim, təxminən bu ilin yayında, iyun ayında qayıtdım. Gələndən sonra elə bir şərait yarandı ki, mən regionları gəzmək arzusunda oldum və bu məqsədlə müxtəlif istiqamətlərdə bir neçə rayona getdim. Orada gördüklərim doğurdan da acınacaqlı idi. Rayonların demək olar ki, hamısında böyük işsizlik var. Ola bilər, iqtisadi cəhətdən bəziləri bir qədər fərqlənsin, amma ümumi mənzərə eynidir. Danışanda yerli camaat deyir ki, işsizlik 50 faizdən yuxarıdı, bu, mənə bir az qəribə gəlirdi, inanmırdım. Amma işsizlikdən çox böyük narazılıq var idi. İkincisi, camaatın çox böyük kredit borcları yığılmışdı. Rayonlarda faktiki olaraq məşğul olmaq üçün real təsərrüfat növləri yoxdur. Bəzi rayonlarda hansısa müəssisələr tikmişdilər və təbliğ etmişdilər. O müəssisələrin hamısı bağlanmışdı. Misal üçün Şamaxı ərazisində 3 dənə nə isə istehsal edən – televizor, dondurucu və maşın yığan hansısa müəssisələr var idi. Onların hamısı bağlanmışdı. Şəkidə gördüm ki, “kombinat”ın vəziyyəti ağır idi. Regionlarda o müəssisələr bağlanıb. Dükanlarda gördüyüm mənzərə xüsusilə ağrıdan mənzərə idi. Camaat malları dükandan nisyə götürürdü və özlərinin maaş və xüsusilə pensiya kardlarını vermişdilər dükan sahiblərinə ki, ora pul gələndə öz borcunu çıxartsın. Bəzi rayonlardan isə gördüm ki, artıq natural təsərrüfat formasına qayıdış var. Yəni, pul yoxdu deyə natural dəyişmə prosesi gedir. Biri taxıl verir, əvəzində ət alır. Mən bu acınacaqlı vəziyyəti iyul ayında gəlib Facebook statusumda yazdım ki, bu, bizi 90-cı illərin vəziyyətinə qaytarır.

Füzulidə etiraz aksiyası (Foto meydan.tv saytından götürülüb)
Füzulidə etiraz aksiyası (Foto meydan.tv saytından götürülüb)

Bu gün baş verən proses onu göstərdi ki, hökumət iqtisadi cəhətdən heç nə bacarmır. Dünən verdiklər qərarları bu gün ləğv ediblər. Göstərdilər ki, bunlar bu proseslərə hazır deyillər. Proses sürətlə gedir və proses niyə rayonlardan başladı? Çünki rayonlardakı vəziyyət Bakıdan qat-qat ağır idi. Üstəgəl baş verən proses bir məsələni də meydana qaytarıb. Neftin qiymətinin düşməsindən sonra hökumət israrla deyirdi ki, Azərbaycanda kənd təsərrüfatında hansısa inkişaf var, diversifikasiyadan söhbət gedirdi. Məsələ burasındadır ki, bütün bu aksiyalar Azərbaycanın guya güclü kənd təsərrüfatı zonalarında baş verir. Bu, onu göstərir ki, bunların kənd təsərrüfatının inkişafı haqqında dedikləri də boş şeydir. Reallıq da bundan ibarətdir. Neftdən başqa, monopoliyaların olması, idxal monopoliyalarının yaranması ona gətirib çıxartmışdı ki, yerli mal istehsal etməyin rentabelliyi yox idi və inanın ki, gənclik artıq kənd təsərrüfatı vərdişlərindən də kənarda qalmışdı. Bütün bunlar axırda gətirib indiki vəziyyətə çıxartdı. Hökumətin isə heç bir proqramı, heç bir hazırlığı yoxdur, nə edəcəyini bilmir, başını itirib və çox acınacaqlı bir vəziyyətdir.

Amerikanın Səsi: Altay müəllim, iqtisadçılar deyir ki, bu hələ böhranın başlanğıcıdır, böhran özü qabaqdadır. Sosial narazılıqlara səbəb olan qarşıdan gələn daha dərin böhrana etirazdırmı, yoxsa artıq vəziyyət gərgindir ki, şəhərlərdə, rayonlarda insanlar hətta polislə qarşıdurmaya da getməyə razılaşıblar? Mən bəzi videolarda hətta etirazçıların polisə daş atdığını da gördüm və s.

Normal ölkələrdə necə olur? Böhran olur, əgər hökumət 1-2 aya bunu düzəldə bilmirsə, normal ölkələrdə, hətta qeyri-normal ölkələrdə prezident hökuməti istefaya göndərir və yeni hökumət yaradır ki, bu vəziyyətdən çıxsın. Yəni bir tərəfdən iqtisadi vəziyyətin kəskinləşməsi, ikinci tərəfdən bizim hökumətin həmin adekvat islahat addımlarını ata bilməməsi, və ya atmaq istəməməsi vəziyyətin daha da kəskinləşməsinə aparıb çıxarır.
Altay Göyüşov

Altay Göyüşov: Məsələ burasındadır ki, vəziyyət rayonlarda onsuz da ağır idi və indi birdən-birə vəziyyətin kəskin sürətdə pisləşməsi camaatı ümumiyyətlə çox ağır vəziyyətə gətirib çıxarıb. Ona görə, baş verən proseslər real situasiyaya cavabdır, adekvatdır. Amma iqtisadçıların dediyi odur ki, vəziyyət bundan da pisləşəcək və bu da göz qabağındadır. Çünki hökumətin valyuta ehtiyatları və s. əriyir, valyutanın məzənnəsinin düşməsinin qarşısını ala bilmirlər. Hətta bütün “Exchange”ləri də bağladılar, amma bütün bu tədbirlər nəticə vermir. Bu, birdən kəskinləşmənin başlanğıcıdır. Amma bu vəziyyət daha da mürəkkəbləşə-mürəkkəbləşə gedəcək. Bunu şərtləndirən səbəblərdən biri də ondan ibarətdir ki, hökumətin son dövrdə etdiyi çıxışlar göstərir ki, onlar ümumiyyətlə reaksiya vermirlər. Yəni, qətiyyən adekvat reaksiya verə bilmirlər. Normal ölkələrdə necə olur? Böhran olur, əgər hökumət 1-2 aya bunu düzəldə bilmirsə, normal ölkələrdə, hətta qeyri-normal ölkələrdə prezident hökuməti istefaya göndərir və yeni hökumət yaradır ki, bu vəziyyətdən çıxsın. Yəni bir tərəfdən iqtisadi vəziyyətin kəskinləşməsi, ikinci tərəfdən bizim hökumətin həmin adekvat islahat addımlarını ata bilməməsi və ya atmaq istəməməsi vəziyyətin daha da kəskinləşməsinə aparıb çıxarır.

Amerikanın Səsi: Digər tərəfdən Azərbaycan neft ölkəsidir, gəlirlərinin böyük bir hissəsi bu sektordan daxil olur. 10 ilə yaxın idi ki, dünyada neft qiymətləri həddən artıq yüksək idi. Bu illər ərzində daxil olan həmin gəlirlərlə hazırki maliyyə gərginliyinin qarşısını almaq mümkün olmazdımı?

Altay Göyüşov: Burada bir çox suallar var. Mən sizinlə tamamilə razıyam ki, neftin qiyməti bu illər ərzində yüksək olan zaman hökumət islahatlar həyata keçirmək əvəzinə pulları sağa-sola səpələməklə məşğul idi. Azərbaycan idman ölkəsidir adı ilə regionlarda heç kimə lazım olmayan Olimpiya mərkəzlərinin tikilməsi, infrastruktura ciddi şəkildə kömək göstərə bilməyən aeroportların inşası, böyük idman yarışlarının keçirilməsi, Avropa Oyunlarındakı çox böyük bədxərclik. Məsələ burasındadır ki, başqa ölkələrdə 1 manata olan işi bizdə 10 manata edirlər. Rüşvət və korrupsiya yüksək səviyyəyə çatmışdı. Ancaq ortada böyük pul olduğuna görə, bu, əhalinin bu korrupsiyanı görməsinin qarşısını alırdı. Amma birdən-birə sistem kəskin şəkildə sıradan çıxır və hökumət görür ki, heç nə edə bilmir. Əlbəttə, burada yığılan neft fonduna müraciət etmək lazımdır. Amma burada müəyyən suallar ortaya çıxır. Neft fondundan pul necə xərclənib, hara xərclənib, orada nə qədər pul var? Bu haqda bizim kifayət qədər məlumatımız yoxdur. Hətta verilən məlumatlara inansaq, belə çıxır ki, bu hökumətin ən azı iki il indiki büdcə həcmində pulu var. Yəni ki, vəziyyətin bu dərəcədə kəskinləşməsinin qarşısı alına bilər. İkinci məsələ isə ondan ibarətdir ki, neftin qiyməti sürətlə düşür və bu o deməkdir ki, o pullar da çox sürətlə əriyir. Onun əriməsinin qarşısını almaq sırf inzibati üsullarla müdaxilə etmək deyil, real, yetkin iqtisadi islahatların həyata keçirilməsindədir. Bu, artıq əvvəldən həyata keçirilməli idi. Keçirməyiblər! Təcili iqtisadi islahatlar 2-3 ildən sonra nəticə verə bilər. Amma vəziyyət indi kəskin şəkildə pisləşib və bunun qarşısını almaq fikrimcə ancaq müəyyən dərəcədə siyasi islahatlara getməklə, camaatda ümid yaratmaqla mümkün ola bilər.

Amerikanın Səsi: Altay müəllim, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini düşünürsünüz? Hətta iqtidar tərəfi bildirmişdi ki, biz müxalifətin də iqtisadi vəziyyətdən çıxış barədə təkliflərinə açığıq. Siz də REAL-ın İdarə Heyətinin üzvü kimi nə kimi təklifləriniz var. Ümumiyyətlə alternativ təkliflər nədən ibarət ola bilər və gələcək prosesləri necə qiymətləndirirsiniz?

Dubinka ilə etirazları sakitləşdirmək olar, amma iqtisadi vəziyyəti dubinka ilə düzəltmək mümkün olmayacaq. Yəni, bu gün hətta camaat sakitləşsə də, bu, müvəqqəti sakitləşmə olacaq. Əsas məsələ ondan ibarətdir ki, etirazlar regionlarda başlayıb, amma hələ Bakıda, digər böyük şəhərlərdə ciddi şəkildə hiss olunmur. Əgər təcili islahatlara başlanmasa, bu etirazlar böyüyəcək.
Altay Göyüşov

Altay Göyüşov: Bizim təkliflərimiz ondan ibarətdir ki, təcili sürətdə iqtisadiyyatın liberallaşdırılması, monopoliyaların sıradan çıxarılması, ölkədə bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması üçün ciddi şəkildə islahatlar həyata keçirmək lazımdır. Amma bu islahatların həyata keçirilməsi ilə məsələni, gərginliyi aradan qaldırmaq qısa müddətdə mümkün deyil. Siyasi islahatlar lazımdır. Bizimdə bunlarla bağlı təkliflər paketlərimiz var. Amma bunları həyata keçirmək üçün bu gün hakimiyyətdə olan qüvvə siyasi idarə nümayiş etdirməlidir. Biz hələ siyasi iradənin nümayiş etdirilməsini görmürük. Deyəsən Aydın Mirzəzadə demişdi, indi də Siyavuş Novruzov belə bir söz deyib. Amma bunların heç biri ciddi səslənmir. Bu saat vəziyyət elə deyil ki, hansısa Siyavuş Novruzovun haradasa müsahibəsi ilə məsələ həll olunsun. İndi cəmiyyəti köklü şəkildə məsələyə toparlayaraq, açıq şəkildə, gizlətməyərək, şəffaf olaraq, vəziyyəti izah edərək irəliyə getmək olar. Amma bizim hökumət əksinə, nə deyib? Bir tərəfdən Siyavuş Novruzov deyir ki, müxalifət təkliflərini versin, o biri tərəfdən də deyir ki, Azərbaycanda iqtisadi inkişaf var. Yəni bu cür yanaşmalarla məsələni həll etmək mümkün deyil.

Amerikanın Səsi: Bəs hadisələrin necə cərəyan edəcəyini düşünürsünüz? Yəni, bu gün aksiyalar hələ də davam edir və dünəndən fərqli olaraq bu gün daha çox rayonda aksiyalar olub. İqtisadi gərginlik şəraitində Azərbaycanda vəziyyətin hansı istiqamətdə cərəyan edəcəyini düşünürsünüz?

Altay Göyüşov: Dubinka ilə etirazları sakitləşdirmək olar, amma iqtisadi vəziyyəti dubinka ilə düzəltmək mümkün olmayacaq. Yəni, bu gün hətta camaat sakitləşsə də, bu müvəqqəti sakitləşmə olacaq. Əsas məsələ ondan ibarətdir ki, etirazlar regionlarda başlayıb, amma hələ Bakıda, digər böyük şəhərlərdə ciddi şəkildə hiss olunmur. Əgər təcili islahatlara başlanmasa bu etirazlar böyüyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG