Accessibility links

Alternativ mobil mesaj xidmətləri

  • Reuters

Alternativ mobil mesaj xidmətləri

Alternativ mobil mesaj xidmətləri

Telefonla mesaj göndərmək ABŞ mobil telefon şirkətləri üçün uzun müddət böyük gəlir mənbəyi idi. Lakin deyəsən indi şirkətlər bu qazanc yolundan məhrum olmaq təhlükəsi ilə üzləşiblər, belə ki, istehlakçılar ünsiyyət qurmaq üçün daha ucuz alternativ tapıblar.

SMS qısa mesaj xidmət növünün artıq o qədər də populyar olmamasına baxmayaraq, ABŞ-da telefon xidmətindən gələn gəlirin təxminən 12 faizini təşkil edir.

İndi bir çox istehlakçının iMessenger, BlackBerry Messenger və Facebook`s mobil mesaj xidmət növlərinə üz tutduqları üçün Verizon, AT&T və Sprint Nextel şirkətləri davamlı gəlir mənbəyini itirmək təhlükəsi ilə üzləşir. Yeni mesaj xidmət növlərindən istifadə edən istehlakçılar indi də mobil telefonlarla internetdən istifadə üçün ödəniş etməlidirlər. Lakin hər bir mesaj üçün edilən ödəniş aylıq SMS xidmət planından və ya hər bir mesaj üçün edilən ödənişdən olduqca azdır. Əsasən də ABŞ da, harada ki, bu növ mesaj xidmətinə görə həm mesaj göndərəndən həm də mesajı qəbul edəndən ödəniş tələb edilir.

XS
SM
MD
LG