Accessibility links

"Alüminium əsri" filmi alüminiumun insan orqanızminə zərərlərindən danışır [Video]


Alüminiumun insan orqanizminə zərərləri
please wait

No media source currently available

0:00 0:03:24 0:00
Alüminiumdan hər yedə - istər təyyarələr, istərsə də yemək bişirmək üçün qablar hazırlamaqda istifadə edilir. Yüngül metaldan insanlar uzun illər istifadə edib və bu metal milyonlarla insanın həyatını rahatlaşdırıb. Lakin yeni çəkilmiş sənədli filmdə alüminiumun zərəri barədə söhbət açılır.

Biz bu qabdan içir, bu qabda bişirir və alüminium qablardakı məmulatların daha zərərsiz və daha təmiz olduğunu düşünürük. Lakin avstriyalı reyissor Bört Ehqartner alüminiumun başqa tərəfinin də olduğunu deyir. “Bu metalın müsbət tərəfləri çoxdur, lakin zərəri də var.”

Ehqartner özünün yeni The Age of Aluminum – "Alüminium Əsri" adlı filmində bu metalın zərərlərindən danışır. Bu sənədli filmdə alüminiumun çıxarılmasından, istehsalından və ətraf mühitə təsirindən söhbət açılır.

Filmdə Braziliya meşəsindəki baoksid mədənlərindən çox miqdarda alüminium-hidroksid metalı çıxarıldığını görürük. Hər il bunun üçün meşənin 250 futbol meydançası qədər sahəsi kəsilir. Alüminium istehsalından sonra qalan toksik materiallar isə böyük bir əraziyə tullanır.

Filmdə zəhərli tullantıların yaxınlıqda yaşayan insanların səhhətinə təsirindən danışılır. Filmdə eləcə də, 2010-cü ildə Macarıstanın alüminium zavodunda çəkilən videolardan da istifadə edilir.

Eqartner alüminiumun insanların həyatını rahatlandırsa da, onları xəstə etdiyini deyir. “Mən alüminiumdan peyvəndlərdə və ya kosmetik məmulatlarda, hətta ərzaq məmulatlarında istifadə edildiyini biləndə, təəccübləndim.”

"Alüminium Əsri" filmində alimlərin son zamanlar artan döş xərçəngi, alzaymer, astma və allergiya kimi xəstəliklərə də səbəb olduğunu dedikləri nümayiş etdirilir.

Nevroloq Kristofer Şau suda aşkar oluna biləcək alüminiumla beyini dağıdan xəstəliyin yaranması arasında əlaqə görür. “Alimlərin çoxu artıq belə qənaətə gəlib ki, alüminiumun Alzaymer kimi neyro-degenerativ xəstəliklərdə rolu var. Başqa xəstəliklərin də əmələ gəlməsində nə qədər rolu olduğunu bilməsək də, Alzaymerdə olduğu dəqiqdir.”

Lakin bəziləri bu fərziyyə ilə razılaşmır. Alüminium Assosiasiyası müsahibə verməkdən imtina etsə də. belə bir bəyanatla çıxış edib.

The Age of Aluminum- Alüminium Əsri filmində on illərdir davam edən ənənəvi araşdırmaların nəticələrini və konsensus bir kənara qoyularaq, heç bir elmi sübut gətirilmədən alüminiumun birbaşa xəstəliklərə səbəb olduğu deyilir.”

Corc Vaşinqton Universitetindən Melissa Perri: “Hal-hazırkı araşdırmalar bizə alüminiumun Alzaymer, döş xərçəngi və ya beyinə təsiri ilə bağlı heç bir dəlil vermir. Bu da o deməkdir ki, daha geniş təhqiqatlar aparılmalıdır.”

The Age of Aluminum filminin rejissoru Bört Ehqartner də daha dərin təhqiqatlar aparılmasının tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG