Accessibility links

Alyans qüvvələri 40-dan çox yaraqlı öldürüb


Alyans qüvvələri 40-dan çox yaraqlı öldürüb

Alyans qüvvələri 40-dan çox yaraqlı öldürüb

Koalisiya qüvvələri dünən Kunar vilayətində yaraqlı olmaqda şübhəli bilinən 10-dan çox adamı öldürüb

NATO cənub və şərqi Əfqanıstanda alyans qüvvələrinin həyata keçirdikləri ayrı-ayrı əməliyyatlar zamanı 40-dan çox yaraqlı öldürdüklərini bildirib.

Cənubda Helmənd vilayətində koalisiya son iki gündə azı 30 qiyamçını qətlə yetirib. NATO deyir ki, son vaxtlar yaraqlılar diqqətlərini əsasən narkotika, silah alveri və yolkənarı partlayışlara cəmləyiblər.

NATO-nun dediyinə görə koalisiya qüvvələri dünən Kunar vilayətində yaraqlı olmaqda şübhəli bilinən 10-dan çox adam öldürüblər.

Koalisiyanın verdiyi məlumata görə əməliyyatlar zamanı mülki vətəndaşlar arasında təlafat olmayıb.

XS
SM
MD
LG