Accessibility links

Bu gün ABŞ-ın 3 qərb ştatında - Alyaska, Havay və Vaşinqton ştatlarında prezidentliyə namizədi müəyyən etmək üçün demokratların kokusları keçirilir.

İndiyədək əldə olunan nümayəndələrin sayına görə sabiq dövlət katibi xeyli öndə olsa da, Vermont ştatının senatoru Bernie Sanders hələ ki mübarizəni tərk etmək istəmir. Ancaq o, bəzi ştatlarda Hillari Klinrona çətin anlar yaşada bilər.

Klinton bu həftə Brüssel hücumlarından sonra çıxışı zamanı diqqətini respublikaçı namizədlər Donald Tramp və Ted Kruza yönəldərək onların təhlükəli xarici siyasətlərinin olduğunu bildirib.

"Biz görülən işlərə etibar etməliyik. Tərəfdaşlarımızın bizdən uzaqlaşdırılması ölkəmizi daha təhlükəsiz etmir" - deyə xanım Klinton bildirib.

Əsasən milleniallar (1980-2000-ci illər arasında dünyaya gəlmiş nəsil) və birinci dəfə səs verənlər arasında populyar olan Sanders isə deyib ki, bizin siyasi inqilaba ehtiyacımız var.

XS
SM
MD
LG