Accessibility links

Alyaskada təyyarə qəzaya uğrayıb


ABŞ senatoruTed Stivens bazar ertəsi axşam Alyaska yaxınlğındakı təyyarə qəzasında həlak olub

Tədqiqatçıların uzun müddət ABŞ senatında fəaliyyət göstərən respublikaçının həlak olduğu təyyarə qəzası baş verən Alyaska ştatına gələcəkləri gözlənilir. Keçmış ABŞ senatoru Ted Stivens bazar ertəsi axşam Alyaska yaxınlğındakı ucqar balıqçı kəndində kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olan beş nəfərdən biridir. Sağ qalan dörd nəfərdən biri keçmiş ABŞ NASA agentliyinin direktoru Sian Okifidir. Məlumat verilir ki, o, ağır vəziyyətdə Ançorig şəhərində Alyaska xəstəxanasındadır. Rəsmilər bildirb ki, tək mühərrikli propeller təyyarə Ançorig şəhərinin cənub-qərbindən 525 kilometr məsafədə qəzaya uğramışdır. Rəsmilər bildirib ki, ərazidəki sərt hava şəraitinə görə xilaskar qrup qəza bölgəsinə ala-qaranlığında çatmışlar. Qəzanın səbəbi məlum deyil. Lakin ümumiyyətlə dağlıq regionda uçuşlar təhlükəlidir. Alyaskada hava səyahətləri ABŞ-ın başqa ştatlarından daha çoxdur . Ona görə ki, Alyaska geniş insan yaşamayan ərazilərə və böyük şəhərlərdən kənarda az sayda yollara malikdir.

XS
SM
MD
LG