Accessibility links

Alzaymerlə mübarizə [Video]


Alzaymerlə mübarizə
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Alzaymer nevrodegenerativ xəstəlikdir və hər il 30 miliyon insan bu xəstəliyə tutulur. Xəstəlik insanın yaddaşını getdikçə pozur, onların bədən hərəkətlərini sıradan çıxardır və sonda öldürür.

Aparılan geniş araşdırmalar nəticəsində xəstənin beynində xəstəliyin yavaş-yavaş nevro şəbəkəni pozduğu müşahidə edilib. Bu proses o qədər mürəkkəbdir ki, buna hansı kimyəvi maddələrin səbəb olduğu bilinmir.

Nəzəriyyələrdən birinə əsasən tau adlanan zülal yararsız hala düşür və neyronların normal funksiyasını pozur.

Slovakyalı alimlər bildirir ki, onların inkişaf etdirdikləri vaksin immunitet sistemini tətikləyərək antikor meydana gətirir və bu tau zülalının pozulmasının qarşısını alır.

Mixal Novak: "Bizim heyvanlar üzərində apardığımız təcrübədə transgen heyvanlarda 95 faiz zərər görmüş tau zülalının qısa müddətdə yox olduğunu şahid olduq. Bu ruhlandırıcı nəticə idi."

Eli Lili farmakologiya şirkətinin alimləri fərqli metoddan istifadə ediblər. Onların əsaslandığı nəzəriyyəyə görə Alzaymer xəstəliyi amiloid beta adlanan kimyəvi maddənin anormal miqdarda yaranmasından baş verir.

Onların inkişaf etdirdikləri yeni dərman orta səviyyədə simptomu olan xəstədə yaxşı effekt göstərib.

Uliam Dis: "Bu dərmanın heç bir yan təsiri olmayıb. Bu dərmanın tədricən təsir göstərməsi çox mühümdür. Odur ki, bu, müvəqqəti deyil."

Hər iki dərmanın klinik sınaqlarının nəticələri Vaşinqtonda keçirilən simpoziumda nümayiş etdirilib.

Bu arada, Stanford Universitetinin alimləri meyvə milçəklərinin beyni üzərində tədqiqat aparır. Onlar bununla Alzaymer kimi nevrodegenerativ xəstəlikləri anlamağa çalışırlar.

Çenq Huanq: "İnsan xəstəlikləri ilə əlaqəli çox genlər var. Milçək-insan xəstəlik modelləri də mövcuddur. Bu, o deməkdir ki, siz çoxlu simptomları aşkar edə bilərsiz."

İnfra-qırmızı kameranın köməyilə xüsusi robot cihazı milçəkləri tutur və onlara zərər vermədən beyinlərinı tədqiqat üçün hazır hala gətirir.

Onların beyinlərində də həmçinin tau zülalı mövcuddur. Alzaymer xəstələrində olduğu kimi proses eynən baş verir. Alimlər deyir ki, dağıdıcı xəstəliyin qarşısını almaq üçün meyvə milçəkləri laboratoriyadakı tədqiqat üçün əlverişlidir.

XS
SM
MD
LG