Accessibility links

Söhbət gəzir ki, toydan sonra Corc Kluni ilə Amal Alamuddin bal ayını İngiltərədə keçirəcəklər.

Məlumata görə Corc İngiltərədə bir neçə milyon dollara şəhərdən kənar yerdə ev alıb və yenicə evlənmiş cütlük bir müddət orada qalmaq istəyir.

Mənbə Us Weekly-ə bildirib ki, onlar kimsənin onları narahat etməmələri və təkbaşına bərabər vaxt keçirmələri üçün bu qərara gəlib.

Mənbə bildirir ki, hal-hazırda onlardan başqa evdə heç kəs yaşamır və onları yeməklə təmin etmək üçün yemək şirkəti ilə müqavilə bağlayıblar.

Bütün deyilənləri təsvir etsək, yəqin ki, bütün günü cütlük yataq paltarında oturub film izləyir. Amma yox yenicə evlənənlər vaxtlarını daha səmərəli keçirmiş olar.

XS
SM
MD
LG