Accessibility links

Amalthea gəmisi bu gün səhər yoluna davam etməyə başlayıb


Qəzzaya yardım daşıyan Livyaya məxsus gəmi İsrail hərbi gəmisinin nəzarəti altında Misir limanı istiqamətində hərəkət edir

Qəzzaya yardım daşıyan Livyaya məxsus gəmi İsrail hərbi gəmisinin nəzarəti altında Misir limanı istiqamətində hərəkət etməyə davam edir. Dünən gecə mühərrikin nasazlığı nəticəsində beynəlxalq sularda qalmış Moldova bayrağı altında üzən Amalthea gəmisi bu gün səhər yoluna davam etməyə başlayıb. Gəminin kapitanı bildirib ki, gəmi əvvəl nəzərdə tutulmuş Qəzza bölgəsinə deyil, Misrin Ariş limanına doğru hərəkət edir. İsrailin hərbi gəmiləri Amalthea gəmisinin Fələstin anklavının blokadasını pozmamasına nəzarət edir. Tripolidə qərargahlaşmış Qəzzafi Beynəlxalq Xeyriyyəçilik və İnkişaf Fondunun icra başçısı Yusif Savani deyib ki, gəmi dünən İsrail tərəfindən istiqaməti dəyişərək, Ariş limanına doğru hərəkət etmək haqda ultimatumu alıb, əks halda onun ələ keçirilə biləcəyi ilə hədələnib.

XS
SM
MD
LG