Accessibility links

Pulitzer mükafatı almış jurnalist və yazıçı Amerikanın Səsinin yeni direktoru təyin edilib


Amanda Bennet
Amanda Bennet

Pulitzer mükafatına layiq görülmüş araşdırmaçı jurnalist və yazıçı Amanda Bennet ABŞ hökumətinin ən böyük beynəlxalq yayım şirkəti olan Amerikanın Səsinin yeni direktoru təyin edilib.

ABŞ-ın Beynəlxalq Yayım Şurasının açıqladığı bəyanatda Amanda Bennetin bazar ertəsi günü Amerikanın Səsinin Vaşinqtondakı qərargahında and içərək yeni direktor kimi vəzifəsinin icrasına başlayacağı bidlirilir. Beynəlxalq Yayım Şurası Amerikanın Səsi də daxil olmaqla, ABŞ-ın daha dörd yayım şirkətini idarə edir.

"Belə əhəmiyyətli bir təşkilatın bir hissəsi olduğuma görə xoşbəxtəm və həyəcanlıyam. Biz dünyanın böyük hissəsində yeganə etibarlı, obyektiv və mötəbər xəbər və informasiya mənbəyiyik. Bundan daha önəmlisi isə odur ki, olduqca maraqlı bir ölkə və onun insanları haqda məlumat vermək misli olmayan bir missiyadır."-Amanda Bennet

Amanda Bennet Amerikanın Səsindən əvvəl Bloomberg xəbər şirkətində baş redaktor işləyib. Bu vəzifəni 2013-cü ilə qədər icra edən Bennet araşdırmaçı jurnalist və redaktorlardan ibarət qlobal komanda yaradıb. Bundan daha əvvəl isə o, The Philadelphia Inquirer qəzetinin baş redaktoru olub. Bennet 20 ildən artıq jurnalist karyerası dövrü The Wall Street Journal qəzetində redaktor və müxbir işləyib. O dövrdə Bennet və onun həmkarları daha çox ictimai dəstək qazanmaq və maliyyə dəstəyi almaq üçün səhiyyə rəsmilərinin QİÇS epidemiyası ilə bağlı məlumatları təhrif etdiklərinə dair araşdırmalarına görə Pulitzer mükafatına layiq görülüb.

Beynəlxalq Yayım Şurasının direktoru Con Lensiq Amanda Bennetin 21-ci əsrdə medianın qarşılaşdığı çox sayda sınaqların öhdəsindən gəlmək üçün Amerikanın Səsinə rəhbərlik edəcək ən müvafiq namizəd olduğunu deyib.

Bennet eyni zamanda altı kitabın müəllifidir. Onun "Ümid qiyməti" ("The Price of Hope") adlı kitabı həyat yoldaşının böyrək xərçəngi ilə mübarizəsinə həsr edilmiş xatirələrdən ibarətdir.

Son illər Amanda Bennet The Washington Post qəzetində köşə yazıları yazmaqla məşğul olub. O, həyat yoldaşı Donald Qrahamla birlikdə sənədləri olmayan mühacir uşaqlarına təhsil almaq üçün təqaüdün ayrıldığı The Dream.US fondunu təsis edib.

Amanda Bennet Amerikanın Səsinin direktoru vəzifəsinə təyin edilməsinə belə reaksiya göstərib: "Belə əhəmiyyətli bir təşkilatın bir hissəsi olduğuma görə xoşbəxtəm və həyəcanlıyam. Biz dünyanın böyük hissəsində yeganə etibarlı, obyektiv və mötəbər xəbər və informasiya mənbəyiyik. Bundan daha önəmlisi isə odur ki, olduqca maraqlı bir ölkə və onun insanları haqda məlumat vermək misli olmayan bir missiyadır."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG