Accessibility links

Amerikanın Səsinin Direktoru Amanda Bennettin yubliey mesajı


Amerikanın Səsinin Direktoru Amanda Bennet rəhbəri olduğu təşklatın yaranmasının 75-ci ildönümü münasibətilə mesaj ünvanlayıb. Müraciətin mətnini təqdim edirik.

"75 il öncə bu gün Amerikanın Səsi ilk proqramını yayımladı. Bu gün biz 45 dildə dünya boyu yayımlar edirik. Və biz bu yayımları xəbər və informasiya almaq istəyən insanların əldə edə biləcəkləri bütün vasitələrlə həyata keçiririk. Biz hələ də radiodan istifadə edirik, televiziyadan istifadə edirik. Biz internetdə, mobildə yayımlanırıq. Və əgər kommunikasiyaların yeni növləri icad olunacaqsa, biz orada da olacağıq. Bizim missiyamız həqiqətən çox sadədir: biz başqa yolla imkanı olmayan insanlara neytral, ədalətli, obyektiv və müstəqil xəbər və informasiyaya çıxış veririk. Biz Amerikanın hekayəsini paylaşırıq. Və Amerikanın hekayəsi zəngindir. Bu hekayə Silikon Vadisinin sahibkarlıq iqlimindən bizim möhtəşəm universitetlərimizə, tibbi inkişaflarımızadək bir çox mövzuları əhatə edir. Bu, həm də Amerika diasporasının, dünyanın hər yerindən buraya gəlmiş insanların hekayəsidir.

Mən jurnalist karyerama 50 il bundan öncə başlamışam, və burada, Amerikanın Səsində mən niyə jurnalist peşəsini seçdiyimi xatırlayıram. Burada, Amerikanın hekayəsini nəql edən, müstəqil xəbər və informasiya paylaşan adamlarla çiyin-çiyinə işləmək böyük bir imtiyazdır. Amerikanın Səsinin 75-ci yubileyində burada olmağımdan çox xoşbəxtəm və Amerikanın Səsini gələcək 75 illiyinə dəvət etməkdən şərəf duyuram."

XS
SM
MD
LG