Accessibility links

Amanpur: "Xədicəni azadlıqda görmək çox gözəldir..."


CNN telekanalının məşhur aparıcısı Kristian Amanpur beynəlxalq Benjamin Franklin mükafatı alarkən azərbaycanlı jurnalist Xədicə İsmayılı azadlığa çıxması münasibətilə təbrik edib.

Kristian Amanpur
Kristian Amanpur

“Salam. Burada iştirak etmək çox şərəflidir. Bu, ağlasığmaz əhvalatları eşitmək, həyatlarını uzun müddət riskə atmış jurnalistlərin əhvalatlarını dinləmək çox möhtəşəmdir.

Ceysonu azadlıqda görmək, Xədicəni azadlıqda görmək çox gözəldir. Amma heyf ki, o indi səyahət edə bilmir. O, heç vaxt həbsdə olmamalı idi”.

Kristian Amanpur Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Azadlıq Mükafatını alıb.

Xədicə İsmayıl
Xədicə İsmayıl

O, çıxışında avtoritar rejimləri, onların jurnalistlər üçün yaratdıqları maneələri xatırladıb.

Amanpor həm də deyib ki, onun heç ağlına da gəlməzdi ki, bir gün bu nüfuzlu mükafata layiq görüləcək.

Benjamin Franklin mükafatı Amanpura dünyada söz azadlığına verdiyi töhfələrə görə verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG