Accessibility links

Amerika müsəlmanları İslamın adı altında radikal ideyaları yayanlarla mübarizəyə qalxıb [Video]


Bu yaxınlarda “müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmalıdır” deyən prezidentliyə Respublikaçı namizəd Donald Trampa Amerika müsəlmanları onların da seçkilərdə səs verəcəyini yadına salır.

Birləşmiş Ştatlarda 7 milyona yaxın müsəlman yaşayır. Hətta həftəarası günlər belə yüzlərlə müsəlman ibadət etmək üçün paytaxt Vaşinqton yaxınlığında, Virciniya ştatındakı məscidə gəlir. Cümə günləri isə buraya 2 minə qədər müsəlman toplaşır. Onların arasında ölkəyə yeni gələn mühacirlərlə yanaşı, Amerikada yaşayan 2 və 3-cü nəsil müsəlmanlar da var.

İslam Dövləti tərəfindən təşkil edilən və ya bu qrupdan ilham alan son terror hücumları, 11 sentyabr 2001-ci il hücumlarından sonra Amerika cəmiyyətinə inteqrasiya etməyə çalışan müsəlmanlar üçün problem oldu.

Birləşmiş Ştatlarda doğulub, boya-başa çatan və bu ölkədə təhsil alan müsəlmanlar İslamın adı altında radikal ideyaları yayanlarla mübaruizəyə qalxmalı oldu.

Şimali Virciniya ştatındakı İslam Mərkəzinin üzvləri radikallaşdırılaraq, terrorçu olmağa meylli təcrid olunmuş, tənha insanları axtarıb tapmağın vacib olduğunu deyirlər. “Ayri-ayrılıqda, təcrid olunmüş şəraitdə yaşamalarındansa, gəncləri icmaya cəlb etmək, onların müsbət mesajlar almalarına və işlədiklərinə əmin olmaq lazımdır” deyə, İslam qanunları üzrə mütəxəssis Əhməd Məşəl bildirir.

Polisin dediyinə və son bir neçə il aparılan araşdırmaların nəticələrinə görə, müsəlmanlar Birləşmiş Ştatların hüquq-mühafizə orqanlarına terror şübhəlilərinin ələ keçirilməsində çox yardım edir.

“Pyu” araşdırmalar mərkəzinin apardığı sorğuların nəticələri isə göstərib ki, bir çox müsəlmanın dini liderlərinin İslam ekstremizminə qarşı kifayət qədər münasibət bilrdirmədiyini deyib.

“Müsəlman liderləri uzun zaman sakit idi. Lakin indi ayağa qalxıb dinimizi oğurlayanların əlindən geri almaq vaxtıdır." deyə, İslam Mərkəzinin prezidenti Məhəmməd Fərrux bildirir.

XS
SM
MD
LG