Accessibility links

İyunun 8-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Vəkil Şahin Rəfiyevin Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə Abdulla Abdullayevin kasasiya şikayətini təmin edib.

Abdulla Abdullayev 5 il sınaq müddəti tətbiq olunmaqla şərti cəzaya məhkum edilib və məhkəmə onun azadlığa buraxılması haqqında qərar çıxarıb.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. İttihama görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG