Accessibility links

Amazon.com drondan istifadəyə başlayır [Video]


Amazon.com drondan istifadəyə başlayır
please wait

No media source currently available

0:00 0:02:44 0:00

ABŞ Patentləşdirmə İdarəsinin yayımladığı patent tətbiqində deyilir ki, Amazon Qlobal Positioning Sistemi və ya GPS-dən istifadə edərək nəinki əşyaları ölkə boyu evlərə, hətta birbaşa müştərinin olduğu yerə aparacaq.

Müştərinin mobil cihazının yerini müəyyən edərək dron həm canlı, həm də cansız cisimlərə maneə törədmədən, təhlükəsiz yerə eniş edəcək. Bağlamanın çatdırılması 30 dəqiqə vaxt alacaq.

Təhlükəsizlik səbəblərinə görə Federal Aviasiya Administrasiyası sınaq müddətində dronların onların operatorları tərəfindən görünən məsafədə olmasını tələb edir. Bu onların dairəsini xeyli məhdudlaşdırır.

Nyu-Yorkda yerləşən Vaughn Aeronavtika Kollecindən Loretta Alkalay deyir ki, Amazon bunun həlli üzərində işləyir.

Loretta Alkalay: "Düşünürəm ki, onlar yeni texnologiyanın köməyilə bunun üzərində işləyəcəklər. Fikrimcə təhlükəsizlik problemi innovasiyanı dayandıran vasitə olmamalıdır."

Amazon hələlik dronla daşımanı reklam etmir. Ancaq Alkalay bunun tezliklə baş verəcəyinə ümid edir.

Loretta Alkalay: "Düşünürəm ki, yaxın gələcəkdə onlar dronla daşımaya başlayacaqlar. Biz dronla fəlakət bölgələri və ucqar ərazilərə çatdırılmanın şahidi olmuşuq. Bu cür çatdırılmaya böyük tələbatın olduğunu düşünürəm."

Ancaq hələ də dronların müxtəlif cisimlərlə toqquşa bilmə ehtimalı var. Bundan əlavə vandalizm və ya dronların, malların oğurlanması kimi narahatlıqlar mövcuddur. Ancaq Alkalay deyir ki, media əşyaların müştərilərin qapısının astanasına çatdıracağı fikrini yanlış anlayıb.

Loretta Alkalay: "Əgər dronun əşyanı sizin evin damına qoyacağını düşünsəniz, onda onu piyadalar və nəqliyatdan marşrutundan, eyni zamanda hava nəqliyyatından ayıra biləcəksiniz."

Alkalay deyir ki, Amerikada evlərin damları bu kimi çatdırılmalar üçün dizayn edilməməsinə baxmayaraq, mümkündür ki, gələcəkdə inşa ediləcək evlərdə hava çatdırılması üçün xüsusi platformalar olsun.

XS
SM
MD
LG