Accessibility links

Ambliopiyanın yeni müalicəsi [Video]


Ambliopiyanın yeni müalicəsi
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Ambliopiyanın yeni müalicəsi

Ambliopiya yunan sözüdür və “əyri görmə” deməkdir. Ambliopiyanın başqa adı isə “göz tənbəlliyidir” və uşaqlarda ən tez-tez rast gəlinən görmə problemidir. Ambliopiya adətən müalicə edilə bilir, amma əgər müalicə edilməsə uşaqların oxuma və hərəkət qabiliyyətlərinə təsir göstərə, eləcə də korluğa səbəb ola bilər. İndi isə bu uşaqlar üçün yeni müalicə növü böyük vədlər bəxş edir.

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi məlumata görə, hər 100 uşaqdan üçü ambliopiya, başqa sözlə desək göz tənbəlliyi, ya da çəpgözlükdən əziyyət çəkir.

Ambliopiya təkcə görmə deyil həm də, 3D dərinlik qavranışı, oxuma və hərəkət məhdudiyyətlərinə də səbəb olur.
Krista Kelli

Ambliopiyası olan uşaq normal görsənə bilər, amma Milli Göz İnstitutunun yaratdığı bu animasiya göstərir ki, bir göz beyinə güclü, digəri isə daha az və daha zəif elektrik siqnallar göndərir. Əgər müalicə olunmasa, bu siqnalların getdiyi yol zəifləyə və düzgün inkişaf etməyə bilər.

Geniş istifadə olunan müalicə güclü gözü sarğı ilə bağlamaqdır ki, bu, zəif gözü inkişaf etməyə məcbur edir.

“Ambliopiya təkcə görmə deyil həm də, 3D dərinlik qavranışı, oxuma və hərəkət məhdudiyyətlərinə də səbəb olur,” deyə Cənub-Qərbin Retna Fondundan Krista Kelli bildirir.

Bu məhdudiyyətlər yetkinlik dövründə də davam edə bilər. Amma artıq ambliopiyanın yeni müalicə üsulu mövcuddur.

Tədqiqatçılar ambliopiyalı uşaqlara iPad və eynək veriblər və onların orada video oyunu oynamalarını istəyiblər. Eynəklər uşaqların görmə qabiliyyətini dəyişib. Aşağı kontrastlı şəkillər güclü gözə, yüksək kontrastlı şəkillər isə zəif gözə göndərilib.

Video oyunu oynaya bilmək üçün uşaqlar zəif gözü çalışdırmalı olublar. Müalicə iki göz arasındakı kontrastı tarazlaşdırıb, çünki uşaqlar iki gözdən birdən istifadə etməli olublar. Ambliopiyası olan bir qrup digər uşağa isə təkcə göz sarğısı verilib, amma bu, gözlərin birlikdə işləməsinə kömək etmir. İki həftə sonra hər iki qrup yoxlanılıb.

“İki həftədən sonra iPad oyunu oynayan uşaqların gözləri sarğı taxan uşaqlardan daha çox düzəlmişdi,” deyə Kelli bildirir.

Video oyunu oynayan uşaqlardakı yaxşılaşma göz sarğısı taxan uşaqlardakından ikiqat çox olub, eyni zamanda isə iki qat az zaman alıb. İki həftə sonra isə bütün uşaqlara eynək, iPad və xüsusi oyunlar verilib. Bu müalicə üsulunun üstünlüyü həm də ondan ibarətdir ki, uşaqların məktəbdə sərgilədikləri bacarıqlar daha yaxşı olur və bu, onların akademik və sosial baxımdan inkişaf etmələrinə imkan yaradır.

XS
SM
MD
LG