Accessibility links

Amerikada kimsəsiz uşaqlara könüllü yardım edənlər var [Video]


Son illər Birləşmiş Ştatlarda küçə uşaqlarının sayı sürətlə artır. Son hesablamalara görə, artıq ölkə boyu küçə uşaqlarının sayı 2.5 milyona çatıb. Təkcə paytaxt Vaşinqtonda 1200 uşaq ya sığınacaqlarda, ya da küçələrdə yaşayır.

Donq Kim adlı bu şəxs hər gün bir neçə saatını Vaşinqton şəhərindəki sığınacaqda keçirir. O, uşaqlara düyü və meyvə gətirir, buradakı uşaqları şənləndirir. Onlar onun adını Donq usta, deyə çağırırlar. Sığınacaqda yaşayan 5 yaşlı Ariel Donq usta ilə mahnı oxumağı, yemək yeməyi, oynamağı sevdiyini deyir.

Donq Kimin uşaqlarla məşğul olduğu proqramı özündə mənəvi çalarları, döyüş sənətini, meditasiya və bağbançılığı birləşdirir. Ona bu işdə yeniyetmələr də yardım edir. “Mən onlara evləri olduğunu hiss etməyi öyrədirəm. Hər bir uşaq özü öz bədənini evi kimi hiss edir. Və biz təbiəti evimiz hesab edirik.

Kim deyir ki, könüllü işləmək ideyasını ona anası verib. “Anam buraya mən kolleci bitirəndə Cənubi Koreyadan gəlmişdi. O, mənə “nəyə görə belə zəngin bir ölkədə insanlar küçələrdə yatır?” sualını verdi və “sən nəyə görə o insanlara yardım etmirsən?” dedi”.

Lakin Kim 19 yaşına, anası iflic olaraq ölənə qədər könüllük barədə fikirləşmədi. “Anamın səsi mənim qulaqlarımdan getmirdi. Bundan sonra mən sığınacağa gəlib, uşaqlarla işləməyə başladım.”

Kim hesab edir ki, bağbançılıq uşaqların xoşuna gəlir. “Onlar bağda işləyəndə özlərini xoşbəxt hiss edir. Bu, evsiz-eşiksiz. Sığınacaqda yaşayan uşaqlarda nəyəsə sahib olmaq hissi olmur, lakin hər gün dərsdən sonra onlar hansısa işi görə bilir.”

Burada uşaqlar biri-birilərinə yardım etməyi də öyrənir. Onlar torpağı təmizləyir və əkin üçün yumuşaldır.

Kim bütün bunları məktəblərdə və kilsələrdə dərs deməklə qazandığı pulllarla edir. O, özünün proqramı ilə qaşqın düşərgələrində və Türkiyə küçələrindəkı uşaqlara yatdım etməyi planlaşdırır. O, uşaqların bizim gələcəyimiz olduğunui deyir.

XS
SM
MD
LG